TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5318_turkiy-d-n-vacib-q-l-b-almaniya-mundialda

İDMAN

Hamısı

Türkiyədən vacib qələbə - Almaniya mündialda

(4 Gün, 4 Saat öncə) 562 İzlenme 0 Yorum
Türkiyədən vacib qələbə - Almaniya mündialda

DÇ-2022-nin seçmə mərhələsində VIII tura start verilib.

TURKAZİNFO xəbər verir ki, gələn il Qətərdə baş tutacaq final mərhələsinə vəsiqə əldə edən ilk komanda bu gün müəyyənləşib.

J qrupunda yer alan Almaniya ev sahibi Qətərdən sonra mundialda iştirak hüququ qazanan ikinci yığma olub. Bundestim Şimali Makedoniya üzərində səfər qələbəsi (4:0) sayəsində əlçatmaz olub. Aktivindəki xalların sayını 21-ə çatdıran Hansi Flikin yetirmələri ən yaxın izləyicisi ilə fərqi 8 xala yüksəldib və son iki turu özü üçün formallığa çevirib.

G qrupunda qərarlaşan Türkiyə millisi isə Riqada “ölümdən dönüb”. Autsayderlərdən olan Latviya ilə səfərdə qarşılaşan “ay-ulduzlular” son dəqiqə qolu sayəsində qələbə qazanıb – 2:1. 70-ci dəqiqədə Merih Demiral avtoqol müəllifi olsa da, qardaş ölkə təmsilçisi 6 dəqiqə sonra Sərdar Dursunla hesabı bərabərləşdirib. 90+8-ci dəqiqədə isə Burak Yılmaz penaltini dəqiq yerinə yetirərək, Türkiyə millisinə minimalhesablı qələbə qazandırıb.

Qrupun digər görüşlərində Niderland Cəbəllütariqi 6:0, Norveç isə Monteneqronu 2:0 hesabı ilə məğlub edib. Bu nəticələrdən sonra Stefen Kuntzun yetirmələri 15 xalla 3-cü pillədə qərarlaşıb. Lider Niderlandın 19, ikinci pillədəki Norveçin isə 17 xalı var.

Qeyd edək ki, dünya çempionatının final mərhələsi gələn il 21 noyabr – 18 dekabr aralığında keçiriləcək.


Diqqətinizi çəkə bilər

Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    8 Ay, 10 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 35 şəxs qatıldı