TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5314_qht-l-rd-n-g-nc-terroru-il-bagli-beyn-lxalq-t-skil

GÜNDƏM

Hamısı

QHT-lərdən Gəncə terroru ilə bağlı beynəlxalq təşkilatlara - Müraciət

(5 Gün, 15 Saat öncə) 1,70 B İzlenme 0 Yorum
QHT-lərdən Gəncə terroru ilə bağlı beynəlxalq təşkilatlara - Müraciət

Azərbaycanda fəaliyyət göstərən 89 QHT bir il əvvəl Ermənistanın Gəncənin raket atəşinə tutması ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.

TURKAZİNFO-un məlumatına görə, müraciətdə deyilir:

"2020-ci il sentyabrın 27-də Ermənistan Respublikası silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlamış və 44 gün davam edən müharibədə Azərbaycan Respublikasının işğalda olan torpaqlarını azad edib.

Ermənistan siyasi və hərbi rəhbərliyi döyüş meydanındakı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün cəbhə xəttindən kənarda yerləşən şəhər və rayonlarımızdakı mülki əhalini hədəf seçmiş, müxtəlif növ ağır silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətmiş, mülki şəxsləri, o cümlədən qadın və uşaqları vəhşicəsinə qətlə yetirmiş, insanların əmlakına, infrastruktur obyektlərinə irimiqyaslı zərər vurublar.

Bir il öncə oktyabrın 11-də saat 04.00 radələrində Azərbaycanın ikinci böyük və 500 mindən çox əhalisi olan, cəbhə xəttindən 80 km uzaqlıqda yerləşən Gəncə şəhəri Ermənistanın siyasi və hərbi rəhbərliyinin əmri ilə TOÇKA-U raket sistemindən atəşə tutuldu. Gəncədə əhalinin sıx yaşadığı bir ərazidə gecə saatlarında, insanların yatdığı bir vaxtda Ermənistanın vəhşi hücumu nəticəsində 3 yaşayış binası dağılıb, 10 mülki şəxs həlak olub və 40-dan çox insan yaralanıb. Ölənlər arasında uşaq və qadınlar da olub.

44 günlük müharibə zamanı Ermənistanın Gəncəni bir neçə dəfə raket atəşinə tutması həm də onu göstərirdi ki, işğalçı ölkə əvvəlki illərdə olduğu kimi, yenə də dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələri, bəyanatları və çağırışları heçə sayır, beynəlxalq humanitar qanunun, xüsusilə 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyasını kobud şəkildə pozmaqda davam edir. Bunun isə tək səbəbi indiyə kimi Ermənistanın cəzasız qalması və işğalçı ölkəyə qarşı hər hansı bir beynəlxalq sanksiyanın tətbiq olunmamasıdır.

Biz, Azərbaycanda insan hüquqlarının müdafiəsi, qadın və uşaq haqlarının qorunması istiqaməti üzrə fəaliyyət göstərən QHT-lər böyük narahatçılıq hissi ilə sizə bir daha müraciət edir, bir il öncə çoxlu sayda günahsız uşaq və qadını qətlə yetirən Ermənistana və onun hərbi rəhbərliyinə qarşı ciddi addımlar atmağa, baş verən müharibə və insanlıq əleyhinə cinayətlərə siyasi qiymət verməyə çağırırıq".


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    8 Ay, 10 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 35 şəxs qatıldı