TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5313_-bu-qanun-layih-si-tarixi-h-miyy-t-dasiyir-musa-qa

GÜNDƏM

Hamısı

“Bu qanun layihəsi tarixi əhəmiyyət daşıyır" - Musa Qasımlı

(5 Gün, 15 Saat öncə) 1,71 B İzlenme 0 Yorum
“Bu qanun layihəsi tarixi əhəmiyyət daşıyır" - Musa Qasımlı

“Bu qanun layihəsi siyasi-tarixi, gələcək nəsillərə fayda baxımından olduqca vacibdir”.

 TURKAZİNFO xəbər verir ki, bunu Milli Məclisdə deputat Musa Qasımlı “Müstəqillik Günü" haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, 28 mayın müstəqillik günü, 18 oktyabrın müstəqilliyin bərpası kimi qiymətləndirilməsi tariximizin doğru şəkildə təqdim edilməsidir: “İstiqlal bəyannaməsi təkcə müstəqilliklə əlaqəli deyildi, eyni zamanda cümhuriyyət qurulucağı elan olunurdu.

1920-ci ilin apelində Azərbaycan işğal edildikdən sonra SSRİ yaradıldı. Adımız müstəqil olsa da, Azərbaycan müstəqil deyildi. Bu mənada 28 mayın müstəqillik günü adlandırılması doğrudur.

18 oktyabr da dövlət müstəqilliyinin bərpası günüdür. Bunu 18 oktyabrda qəbul edilən müstəqillik aktı haqqında konstitusiya qanunu göstərir. Həmin sənəd də 28 mayda elan olunan müstəqil Azərbaycanın varisi olduğu ifadə edilib. Bu mənada 18 oktyabr müstəqilliyin bərpası günü kimi qiymətləndirilməlidir”.

Deputat qeyd edib ki, qanunun tarixi əhəmiyyəti var: “Bu bizim tariximizdə milli dövlətçilik baxımından vacibdir, tarixdə varisliyi əks etdirir. Bu məktəbə gedən şagirddən böyüyə qədər hamıya müstəqil dövlətçilik, dövlət millətçiliyi və vətənpərvərliyi aşılayan qanundur. Məktəbə gedən uşaqlar biz nə zaman dövlət milləti olmuşuq, bunu nə zaman itirmişik, nə zaman bərpa etdiyimizi biləcək. Odur ki, bunun tarixi əhəmiyyəti böyükdür”.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    8 Ay, 10 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 35 şəxs qatıldı