TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5307_avstriya-kansleri-istefa-verdi

DÜNYA

Hamısı

Avstriya kansleri istefa verdi

(6 Gün, 4 Saat öncə) 636 İzlenme 0 Yorum
Avstriya kansleri istefa verdi

Avstriyanın Federal Kansleri Sebastian Kurts vəzifəsindən istefa verib.

TURKAZİNFO nun məlumatına görə, bu barədə Kurts yerli KİV-ə açıqlamasında bildirib.

Kurts bildirib ki, Korrupsiya ilə Mübarizə üzrə Prokurorluğunun araşdırması fonunda vəzifəsindən istefa verib.

Onun sözlərinə görə, Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq müvəqqəti olaraq kansler vəzifəsini icra edəcək.

Keçmiş kansler Avstriya Xalq Partiyasının lideri və parlament üzvü olaraq qalacağını qeyd edib.

Xatırladaq ki, bir neçə gün əvvəl Sebastian Kurts və onun yaxın ətrafına qarşı İqtisadi Cinayətkarlıq və Korrupsiyaya qarşı Prokurorluq tərəfindən ağır ittihamlar irəli sürülüb. Müstəntiqlər Kurtsun başçılıq etdiyi Avstriya Xalq Partiyasının qərargahında, federal kanslerin ofislərində axtarışlar aparıblar. Xüsusilə kanslerin rəsmi nümayəndəsinin, media ilə iş üzrə səlahiyyətli müşavirinin kabinetlərindəki sənədlər araşdırılıb.

Kurts partiyası və özünün siyasi fəaliyyətinə dair müsbət ruhlu məqalələrin dərci üçün rüşvət verməkdə ittiham olunur.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    8 Ay, 10 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 35 şəxs qatıldı