TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5302_ukraynadan-sensasiyali-aciqlama-saakasvilini-putin

DÜNYA

Hamısı

Ukraynadan sensasiyalı açıqlama: Saakaşvilini Putinə hədiyyə etdilər

(7 Gün, 21 Saat öncə) 649 İzlenme 0 Yorum
Ukraynadan sensasiyalı açıqlama: Saakaşvilini Putinə hədiyyə etdilər

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin həbsi Rusiya lideri Vladimir Putinə ABŞ xüsusi xidmət orqanlarının hədiyyəsidir.

TURKAZİNFO xəbər verir ki, bu bəyanatla Ukrayna Ali Radasının “Müxalifət platforması - Həyat üçün” Partiyasından deputatı İlya Kiva çıxış edib.

“Bu fırıldaqçı ilə bağlı baş verənlər Amerika xüsusi xidmət orqanlarının Vladimir Putinə hədiyyəsidir. Ona (Saakaşviliyə) deyiblər ki, “səninlə bağlı hər şey yaxşı olacaq, gəl”. Onun üçün dəhliz yaratdılar. Çünki Gürcüstanda olduğu kimi bizim ölkəmizdə də hər şeyə Dövlət Departamenti nəzarət edir. Buna görə dəhliz təşkil edildi və Mişa ona heç bir şey olmayacağına əmin olaraq yola düşdü. Məsələ belədir", - Kiva “Birinci müstəqil” telekanalının efirində deyib.

Deputat hesab edir ki, Saakaşvilinin həbsi Gürcüstanın 2008-ci ildə Cənubi Osetiyaya hücumunun bir növ təzminatı oldu.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    8 Ay, 10 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 35 şəxs qatıldı