TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5300_iranin-ilk-prezidenti-parisd-oldu-xomeyninin-sevm-

DÜNYA

Hamısı

İranın ilk prezidenti Parisdə öldü: Xomeyninin sevmədiyi adam... - Bioqrafiya

(7 Gün, 22 Saat öncə) 604 İzlenme 0 Yorum
İranın ilk prezidenti Parisdə öldü: Xomeyninin sevmədiyi adam... - Bioqrafiya

İranın ilk Prezidenti Əbülhəsən Bənisədr Fransanın paytaxtı Parisdə vəfat edib.

TURKAZİNFO xəbər verir ki, İranın ilk Prezidenti Əbülhəsən Bənisədr Fransanın paytaxtı Parisdəki xəstəxanada müalicə alarkən dünyasını dəyişib.

Məlumata görə, İranın ilk prezidenti uzun sürən xəstəlikdən sonra 88 yaşında vəfat edib.

Əbülhəsən Bənisədr 22 mart 1933-cü ildə İranın qərbində yerləşən Həmədan əyalətində anadan olub. Məşhur ayətullah Seyid Nəsrullah Bənisədrin oğludur.

Əbülhəsən Bənisədr paytaxt Tehranda yerləşən islam məktəbində oxuyub. Tehran Universitetinin ilahiyyat, sonra da hüquq fakültələrini bitirib. Sosiologiya İnstitutunda iqtisadiyyat sahəsində tədqiqat işləri ilə məşğul olub.

Siyasi fəaliyyətə neft hasilatının milliləşdirilməsini tələb edən imza toplamaqla başlayıb. 1960-cı illərdə şah əleyhinə tələbə hərəkatına qatılıb, hökumət əleyhinə nümayişlərə görə iki dəfə həbs edilib və 1963-cü ildə qiyamda yaralanıb. 1964-cü ildə Fransaya qaçıb və burada ayətullah Xomeyninin başçılıq etdiyi sürgündəki islam müxalifətinə qoşulub. Onun ən yaxın müşavirlərindən biri olub. 17 il Fransada oxuyub və müəllimlik edib, doktorluq dərəcəsini Sorbonnadan alıb. Professor olaraq inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatı mövzusunda mühazirələr oxuyub.

1979-cu ilin fevralında Xomeyni ilə birlikdə İrana qayıdıb və İslam İnqilabı Şurasına daxil edilib. 6 noyabr 1979-cu ildə iqtisadiyyat və maliyyə naziri, eyni zamanda xarici işlər naziri təyin edilib. Ölkənin yeni konstitusiyasını hazırlamaq üçün ekspertlər şurasına seçilib.

25 yanvar 1980-ci ildə seçkilərdə 76,5% səs toplayaraq 4 illik müddətə İran Prezidenti seçilib. Fevralın 4-də rəsmi olaraq vəzifəsinin icrasına başlayıb. Xomeyni ölkənin ali rəhbəri olduğu üçün Bənisədri istədiyi vaxt vəzifəsindən uzaqlaşdırmaq səlahiyyətinə malik idi. Hətta prezidentin andiçmə mərasimi də Xomeyninin infarktdan sonra yatdığı xəstəxanada baş tutub.

Ali rəhbər Bənisadri İran-İraq müharibəsi zamanı əsgərlərə adekvat rəhbərlik edə bilməməkdə günahlandırıb və ali baş komandanın səlahiyyətlərini prezidentdən alıb.

Əbülhəsən Bənisədr ruhanilərin nümayəndəsi deyildi. 21 iyun 1981-ci ildə parlament “İslam ruhanilərinə qarşı yönəlmiş fəaliyyətlərə görə” Bənisədri impiçment edib. İyunun 21-dən 22-nə keçən gecə İslam İnqilabı Keşikçiləri Korpusunun bölmələri onun evini və iqamətgahını bağlayıb və ən böyük qəzetlərin baş redaktorlarını da həbs ediblər. İyunun 22-də səhər Xomeyni Bənisədrin İran prezidenti vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.

Bəzi məlumatlara görə, ali rəhbər Bənisədrin aradan qaldırılması əmrini verib, lakin onu tuta bilməyib. Bir neçə həftə gizlənməyi bacaran Bənisədr və 29 iyulda “Mücahidie Xalq” Hərəkatənın rəhbəri Məsud Rəcəvi ilə birlikdə (Bənisədr 1982-1984-cü illərdə onun qızı Firuzə ilə evli olub) ölkədən qaçıb. Qaçışda İran Hərbi Qüvvələrinin zabitləri polkovnik Benzad Moezinin başçılığı altında böyük rol oynayıb. O, “Boeing 707” təyyarəsini bu günə qədər yaşadığı Fransaya gedib.

Əbülhəsən Bənisədr ictimai fəaliyyətlə məşğul olub. İslam rejimi və onun liderlərinə qarşı çıxış edərək İran haqqında məqalələr yazıb.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    8 Ay, 10 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 35 şəxs qatıldı