TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5299_serj-s-rkisyana-sok-ittiham-h-bsxana-yolu-gorundu

DÜNYA

Hamısı

Serj Sərkisyana şok ittiham: Həbsxana yolu göründü

(7 Gün, 22 Saat öncə) 638 İzlenme 0 Yorum
Serj Sərkisyana şok ittiham: Həbsxana yolu göründü

Ermənistanın Baş Prokurorluğuna bu ölkənin sabiq prezidenti Serj Sərkisyanın Baden-Baden şəhərinə (Almaniya) səfəri ilə bağlı məlumat daxil olub.

TURKAZİNFO xəbər verir ki, məlumat aidiyyəti qurumlar tərəfindən araşdırılması üçün göndərilib.

Məlumatın, eyni zamanda Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə araşdırılması üçün Xüsusi İstintaq Xidmətinə də təqdim olunduğu bildirilib.

Serj Sərkisyana Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işinin açılacağı gözlənilir.

Ermənistan parlamentinin avqustun 25-də keçirilən iclasında hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Xaçatur Sukiasyan Serj Sərkisyanın prezident olarkən Baden şəhərindəki kazinoda 100 milyon dollardan çox pul uduzduğunu deyib.

“Hamınız bilirsiniz ki, üçüncü prezident Baden-Badendə 100 milyon dollardan çox pul uduzub”, - Sukiasyan bildirib.

Serj Sərkisyan iyunda keçirilən erkən parlament seçkilərinə qədər bu ittihamı inkar etsə də sonradan razılaşıb. Onun sözlərinə görə, bura zəngin mədəniyyətə malik kurort şəhəridir, orada olarkən kazinoların işlədiyi küçələri də gəzib.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    8 Ay, 10 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 35 şəxs qatıldı