TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5297_makrona-turk-sill-si-v-dini-yerin-yetirm-din-indi-

DÜNYA

Hamısı

Makrona “türk şilləsi”: “Vədini yerinə yetirmədin, indi isə Türkiyə ilə...”

(7 Gün, 23 Saat öncə) 575 İzlenme 0 Yorum
Makrona “türk şilləsi”: “Vədini yerinə yetirmədin, indi isə Türkiyə ilə...”

Fransa və Afrikanın müsəlman ölkələri arasında siyasi gərginliyin artdığı vaxtda Mali Baş naziri Çoqel Kokalla Mayqadan diqqəçəkən açıqlama gəlib.

TURKAZİNFO xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makronun adını çəkmədən Mayqa 8 il əvvəl fransız ordusunun terrorla mübarizə və ərazi bütövlüyünün təmin edilməsi vədilə Maliyə gəldiyini deyib.

Baş nazir qeyd edib ki, buna baxmayaraq, ölkənin şimalında ilişib qalan terrorçular bu gün ölkənin üçdə ikisinə nəzarət edir.

Malinin Türkiyə kimi dost ölkələrə ehtiyacının olduğunu vurğulayan Mayqa Makronun Afrikada Türkiyəni hədəf alan sözlərinə də açıq cavab verib.

“Bu gün Mali hökuməti bunu deyir: terrorla mübarizədə bizə kömək edəcək ortaqlar axtarırıq. Heç bir ölkəni istisna etmirik. Bizimlə görüşməyə hazır olan, terrorla mübarizə və ərazi bütövlüyünün qorunmasına kömək edə biləcək hər kəs xoş gəlib. Bunun üçün Türkiyə kimi dost ölkəyə ehtiyacımız var”.

Makron bir neçə gün əvvəl Mali ilə bağlı çıxışında aşağıcılayıcı və təhdidedici ifadələr yer verib:

“Ardıcıl iki çevriliş edən və hətta hökuməti olmayan bir ölkədən gələn bu biabırçı bəyanatlar qəbuledilməzdir. Biz Mali hökumətinin tələbi ilə Malidəyik. Fransa olmasaydı, Mali terrorçuların əlinə keçərdi”.

Makronun gərginliyə səbəb olan sözlərindən sonra Fransanın Bamakodakı səfiri Malinin Xarici İşlər Nazirliyinə çağırılıb.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    8 Ay, 10 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 35 şəxs qatıldı