TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5291_-bu-s-xsl-r-ucuncu-doza-vaksin-vurdurmalidir-mut-x

GÜNDƏM

Hamısı

"Bu şəxslər üçüncü doza vaksin vurdurmalıdır" - Mütəxəssis

(8 Gün, 22 Saat öncə) 572 İzlenme 0 Yorum
"Bu şəxslər üçüncü doza vaksin vurdurmalıdır" - Mütəxəssis

Azərbaycanda artıq üçüncü doza ilə peyvəndləmə işləri aparılır. Üçüncü doza vaksin birinci doza vaksindən 6 ay sonra tətbiq olunmalıdır.

Bunu TURKAZİNFO ya açıqlamasında həkim-infeksionist Natiq Əliyev deyib.

O bildirib li, yüksək risk qrupuna daxil olan səhiyyə və təhsil işçiləri, xidmət sektoru, 65 yaşdan yuxarı şəxslər, xroniki xəstəlikləri olanlar mütləq üçüncü doza vaksin vurdurmalıdırlar:

"Dünya prakitikasına əsasən, üçüncü doza peyvənd olunmuş şəxslər arasında xəstəliyi ağır keçirmə və mortalitə (ölüm) halları aşağı düşüb. Pandemik dönəmin hələ də davam etdiyini nəzərə alaraq, üçüncü peyvəndləmə aparılmalıdır.

Bəzən insanlar yanlış şəkildə "şəkərim, yaxud allergiyam var, olmaz" deyə fikirləşirlər, bunlar əsassızdır. Kəskin bir durum olmadığı halda mütləq peyvənlənmə aparılmalıdır.

Bəzən birinci və ya ikinci dozadan sonra nadir hallarda ciddi yan təsir ola bilər. Bu hal çox az da olsa dünya praktikasında da görülüb. Həmin halla rastlaşan vətəndaş müraciət edərək həkim komissiyası tərəfindən müayinə olunduqdan sonra əks-göstəriş sertifikatı ala bilər".


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    8 Ay, 10 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 35 şəxs qatıldı