TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5289_az-rbaycanda-17-kollec-publik-huquqi-s-xs-statusu-

CƏMİYYƏT

Hamısı

Azərbaycanda 17 kollec publik hüquqi şəxs statusu aldı

(8 Gün, 21 Saat öncə) 565 İzlenme 0 Yorum
Azərbaycanda 17 kollec publik hüquqi şəxs statusu aldı

“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununa əsasən orta ixtisas təhsili müəssisələrinin publik hüquqi şəxslərə çevrilmə şəklində yenidən təşkili nəzərdə tutulmuşdur.

Ötən müddət ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Təhsil Nazirliyinin tabeliyində olan 35 orta ixtisas təhsili müəssisəsindən 9-u publik hüquqi şəxs statusuna malik olan kollecə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir.

Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən digər 17 orta ixtisas təhsili müəssisəsinin (Ağcabədi Pedaqoji Kolleci, Ağdam Dövlət Sosial-İqtisadi Kolleci, Ağdam Musiqi Kolleci, Ağdaş Dövlət Humanitar Kolleci, Astara Pedaqoji Kolleci, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci, Qazax Dövlət Sosial-İqtisadi Kolleci, Quba Dövlət Sosial-İqtisadi Kolleci, Masallı Dövlət Regional Kolleci, Sabirabad Dövlət Sosial-İqtisadi Kolleci, Şamaxı Dövlət Regional Kolleci, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci, Şuşa Humanitar Kolleci, Tovuz Dövlət Sosial-İqtisadi Kolleci, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci) publik hüquqi şəxslərə çevrilmə şəklində yenidən təşkili ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd olunan Qərarı qəbul edilmişdir.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    8 Ay, 10 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 35 şəxs qatıldı