TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5287_cavid-qurbanov-agdabani-kanal13-d-n-idar-edir-muxa

CƏMİYYƏT

Hamısı

Cavid Qurbanov Ağdabanı "Kanal13"-dən idarə edir? Müxalif jurnalist icra nümayəndəsinin müavini imiş

(9 Gün, 14 Saat öncə) 1,86 B İzlenme 0 Yorum
Cavid Qurbanov Ağdabanı "Kanal13"-dən idarə edir? Müxalif jurnalist icra nümayəndəsinin müavini imiş

Cavid Qurbanovun kəndini kimlər idarə edir ? Müxalif jurnalisti Ağdabana kim icra nümayəndəsi təyin etdirib ?
Kəlbəcər rayonunun Ağdaban kənd sakinləri kənd icra nümayəndəliyinin fəaliyyətindən narazıdırlar. İcra nümayəndəliyi sakinlərin problemləri ilə demək olar ki, maraqlanmır, bəzi əməkdaşları hətta işə gəlmədən maaş da alır.

TURKAZİNFO : Bu barədə “Demokratik TV”-yə daxil olan müraciətdə bildirilir ki, kənddəki mühüm inzibati vəzifə bölgüsündə savadlı kadrlara üstünlük verilməsi, dövlət qulluqçusu adına sahib olmaq üçün kadrların zəruri şəxsi keyfiyyətlərinin olması bir yana atılaraq Azərbaycan Dövlət DəmirYolları Qapalı Səhmdar Cəmiyyətinin sədri, Kəlbəcərin ağsaqqal “statuslu” məmuru Cavid Qurbanovun istəkləri nəzərə alınıb. Nəticədə, əslən Kəlbəcərin Ağdaban kəndindən olan Cavid Qurbanov Dədə Şəmşirin doğma yurduna öz əmisi oğlu Murad Qurbanovu icra nümayəndəsi təyin etdirib. Mütamadi olaraq hakimiyyətin siyasətini sərt tənqid edən, şəxsən Prezident İlham Əliyevə qarşı xoşagəlməz şüarlar səsləndirən “kanal 13“- ün əməkdaşı Teymur Kərimovu isə Ağdaban kənd icra nümayəndəsinin müavini edib.

Vətəndaşların sözlərinə görə, bir neçə il əvvəl Almaniyaya qaçıb siyasi sığınacaq ala bilmədikdən sonra da Azərbaycana geri dönən Teymur Kərimov bir gün də olsun işə gəlmir, lakin, son illər məmur adını daşıyıb havayı maaş alır. Kəlbəcərin müvəqqəti Gəncə şəhəri Kəpəz rayonunun Abbas Səhhətdə yerləşən İnzibati binasındakı Ağdaban icra nümayəndəliyinin otağında bu adamı gördüm deyən yoxdur. O, uzun müddətdir Bakıda yaşayır.

Hər gün jurnalist peşə fəaliyyətinə üstünlük verən və günün əsas vaxtını hakimiyyətdə təmsil olunanlara qarşı ifşaedici çəkilişlərdə keçirən Teymur Kərimovun əslində məmur kimi öz vəzifə öhdəliklərini yerinə yetirə bilməməsi, sakinlərlə maraqlanmaması normaldır. Normal olmayanlar onu bu vəzifədə saxlayan Kəlbəcər İcra Hakimiyyətinin başçısı Azər Qocayevin və savadsız bir jurnalisti “məmur” edən Cavid Qurbanovun davranışlarındadır.

Məlumata görə, məmur-jurnalist icra nümayəndəsinin müavini postuna hazırda deputat olan Aqil Məmmədovun icra başçılığı dönəmində təyinat alıb. Yəqin, bu təyinata tapşırıq vermiş Cavid Qurbanov üçün dövlətə və prezidentə sədaqətin növbəti bariz nümunəsi bu olsun gərək ?!

Görünür, Teymur Kərimov da Cavid Qurbanovun ölkə mediasında toxunulmazlığını təmin etmək üçün saxladığı kiçik fiqurantlardan biridir. İstənilən məmuru asanlıqla hədəfə alan “Kanal13”-ü Cavid Qurbanova qarşı loyallaşdıran və neytrallaşdıran səbəbkar da yəqin ki, odur.

Teymur Kərimov mediada qalmaqalları ilə daha çox gündəmə gəlib. Ancaq ölkə ictimaiyyəti və bəlkə də aidiyyatı dövlət qurumları da onun Cavid Qurbanovun diqtəsilə bir dövlət qulluqçusu olduğunu bilməyib. O gah səhiyyə nazirliyinin qarşısında prezidentin ünvanına tibbi spirt və “pambıq” atmacası atıb, gah da bərk söyüldükdən sonra partiya sədri Hafiz Hacıyev qarşısında sınaraq “üzr istəməsilə” trend olub.
Adıçəkilən məmur-jurnalistin timsalında sual edirik – Görün Cavid Qurbanov Kəlbəcəri kimlərlə idarə edir?

Xəbərdə adıkeçənlərin mövqeyinə sayğımızı ifadə edirik.
Mənbə Demokratik.Az


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    8 Ay, 10 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 35 şəxs qatıldı