TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5275_ombudsmandan-btc-nin-at-s-tutulmasinin-ildonumu-il

GÜNDƏM

Hamısı

Ombudsmandan BTC-nin atəşə tutulmasının ildönümü ilə bağlı - Bəyanat

(10 Gün, 1 Saat öncə) 590 İzlenme 0 Yorum
Ombudsmandan BTC-nin atəşə tutulmasının ildönümü ilə bağlı - Bəyanat

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələri tərəfindən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin kaset tipli raketlərlə atəşə tutulmasının ildönümü ilə bağlı bəyanat yayıb.

TURKAZİNFO xəbər verir ki, bəyanatda deyilir:

"Dünya ictimaiyyətinə dəfələrlə bəyan edildiyi kimi, Ermənistan silahlı qüvvələri 2020-ci ilin 27 sentyabr tarixindən başlayaraq beynəlxalq səviyyədə qadağan edilmiş silahlardan, o cümlədən əməliyyat-taktiki ballistik raket kompleksindən istifadə etməklə Azərbaycanın cəbhə bölgəsindən uzaq məsafədə yerləşən yaşayış məntəqələrini qəsdən intensiv şəkildə atəşə tutmaqla kifayətlənməmiş, region üçün ciddi ekoloji fəsadlara səbəb ola biləcək və eyni zamanda region dövlətləri və ümumilikdə Avropanın enerji təhlükəsizliyinə yönəlik qəsd əməlləri törətməklə müharibə cinayətlərini davam etdirmişdir.

Ermənistan silahlı qüvvələri ötən ilin bu günü - 06 oktyabr 2020-ci il tarixində gecə saat 23 radələrindən başlayaraq hərbi əməliyyatların aparıldığı bölgədən uzaqda yerləşən Yevlax rayonunun ərazisindəki Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərini də kaset tipli raketlərlə atəşə tutmuşdur.

Azərbaycan, Gürcüstan, Türkiyə, bütövlükdə bölgə, eləcə də Avropa və dünya dövlətləri üçün həm iqtisadi-siyasi baxımdan, həm də enerji təhlükəsizliyi cəhətdən çox böyük strateji əhəmiyyətə malik olan həmin boru kəmərinin 10 metrliyinə düşmüş 300-dən çox kaset tipli bombanın qəlpələrinin ətrafa yayılması mülki əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükə yaratmışdır.

Bununla əlaqədar Ermənistan tərəfindən törədilən həmin müharibə cinayətinə sərt şəkildə reaksiya verilməsi, region və Avropanın enerji təhlükəsizliyinə təsir edəcək, o cümlədən ciddi ekoloji fəsadların baş verməsinə səbəb ola biləcək bu kimi cinayətkar əməllərin dayandırılması üzrə təcili tədbirlərin görülməsi məqsədilə tərəfimdən dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara müraciətlər ünvanlanmışdır.

Lakin təəssüflər olsun ki, Ermənistan tərəfindən törədilən digər çoxsaylı müharibə cinayətləri kimi bu cinayət faktı ilə bağlı da beynəlxalq səviyyədə heç bir təsirli tədbirin görülməsini müşahidə etmədik. Halbuki beynəlxalq əhəmiyyətə malik neft boru kəmərinin qadağan olunmuş silahlarla atəşə tutulması ilə törədilmiş həmin müharibə cinayəti yalnız Azərbaycana qarşı deyil, bütünlükdə region və Avropa dövlətlərinə yönəlməklə, qlobal enerji təklükəsizliyinə zərbə vurmaq və region üçün ciddi ekoloji fəsadlar törətmək məqsədi daşımışdır.

Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin kaset bombalarla atəşə tutulmasının birinci ildönümü ilə əlaqədar bir daha dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara müraciət edərək, beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozmaqla mülki əhalinin qətlə yetirilməsi ilə nəticələnən çoxsaylı müharibə cinayətləri törətmiş Ermənistana qarşı müvafiq sanksiyaların tətbiq edilməsi, bu cinayətlərin törədilməsində bilavasitə iştirak etmiş həmin dövlətin siyasi-hərbi rəhbərliyində təmsil olunan şəxslərin məsuliyyətə cəlb edilərək cəzalandırılması istiqamətində qətiyyətli, ədalətli addımlar atmağa çağırıram".

Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    8 Ay, 10 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 35 şəxs qatıldı