TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5274_donald-trampdan-ilginc-sozl-r-o-soyuqqanli-qatildi

CƏMİYYƏT

Hamısı

Donald Trampdan ilginc sözlər: “O, soyuqqanlı qatildir, Ərdoğan isə...”

(10 Gün, 2 Saat öncə) 607 İzlenme 0 Yorum
Donald Trampdan ilginc sözlər: “O, soyuqqanlı qatildir, Ərdoğan isə...”

“ABŞ-ın keçmiş prezidenti Donald Tramp dünya liderləri ilə görüşərkən daha çox siyasətlə birbaşa əlaqəsi olmayan mövzularla maraqlanırdı”.

TURKAZİNFO xəbər verir ki, bunu Trampın keçmiş mətbuat katibi Stefaniya Qrişam öz xatirələrində yazıb.

Qrişama görə, eks-prezident tez-tez tabeliyində olan işçilərindən dünya liderlərindən hansının daha soyuqqanlı və sərt olduğunu müqayisə etmələrini xahiş edib.

“Bir dəfə Tramp məndən görüşlərdə kimin - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, yoxsa Çin lideri Si Cinpinin daha sərt olduğunu soruşdu. Mənə baxdı. Bir fotonu mənə göstərib soruşdu ki, Stefaniya kim daha soyuqqanlıdır: Si, ya bu adam? Gülümsəyən Ərdoğana baxdı”, - Qrişam qeyd edib.

Qrişam o an doğru sözü tapa bilmədiyini deyib: “Bilmirəm, cənab. Amma Türkiyə prezidentinə işarə edərək, “olduqca soyuqqanlı görünür” dedim”.

Tramp isə bununla razılaşmayıb:

“Əslində, Si daha sərtdir. Mən onu hərəkət edəndə görmüşəm, soyuqqanlı qatildir”.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    8 Ay, 10 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 35 şəxs qatıldı