TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5264_-ramiz-mehdiyev-dedi-ki-rasim-quliyevin-imzasi-il-

CƏMİYYƏT

Hamısı

"Ramiz Mehdiyev dedi ki, Rasim Quliyevin imzası ilə gələn sənədləri qəbul edirik" - Zərərçəkən

(12 Gün, 15 Saat öncə) 644 İzlenme 0 Yorum
"Ramiz Mehdiyev dedi ki, Rasim Quliyevin imzası ilə gələn sənədləri qəbul edirik" - Zərərçəkən

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri, bir müddət icra başçısının müavini səlahiyyətlərini icra etmiş Rasim Quliyevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

TURKAZİNFO : Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə "FF" Mənzil Tikinti Kooperativin təsisçisi Tamella İbrahimova şahid qismində ifadə verib.

O bildirib ki, 2011-ci ildən şirkətin təsisçisidir: "11 ildir bütün sənədlərin arxasınca özüm gedirəm. Onkoloji xəstəyəm, təqsirləndirilən şəxs Rasim Quliyevin ittiham olunan maddələrlə bağlı mən Korrupsiyaya Qarşı Mübarizə İdarəsində dindirilməmişəm. Mənə bu barədə məlumat verilməyib, üzləşmə olmayıb. Müstəntiq Eldar Səfərovdan mənim Rasim Quliyevlə üzləşməyimi istəmişəm.

Amma şərait yaratmayıb, kobud qanun pozuntusuna yol verib. Mən Bakı Şəhər İcra Hakimiyyətində Rasim Quliyevi görməmişəm.
Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində müavin Anar Əliyev də mənə Rasim haqqında heç nə demədi".

Şahidin sözlərinə görə, 2012-ci ildə Dilarə Əliyeva küçəsində pul əvəzinə ona yer veriblər: "Sonradan dedilər orada park olacaq. Mən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdim. Dedilər ki, sənə yer verəcəyik. Yay ayları idi, mənə zəng gəldi, çağırdılar, dedilər ki, sizə icazə verəcəklər ev tikəcəksiniz. Mənə icazə verildi, başladım Dilarə Əliyeva 145 ünvanında evləri aldıq, layihə hazırladıq. Baş memar Akif Abdullayev mənə memar təklif etdi, həmin memar bizimlə işləməyə başladı".

Şahid qeyd edib ki, əvvəldən heç bir pozuntu olmayıb: "Layihəni apardım, Akif Abdullayevə göstərdim, dedi ki, bina böyükdür, azaldaq. Layihəni azaltdım, bütün qurumlardan təsdiqlədib Akif Abdullayevə verdim.

Mənə Zülfəli dedi ki, Hacıbala müəllim həmin ərazidə tikinti aparmağı qadağan edib. O dedi ki, tikinti aparılacaq və mən nəzarət edəcəm. 2015-cü ildən söküntüyə başladıq.

Dilarə Əliyeva145 ünvanında bir hakimin atası yaşayırdı. 9 min vərəqəlik sənəd var, hamısında da möhür var.

Biz evi alırdıq, Bakı Şəhər İcra Hakimiyyəti sökürdü, sakinlərdən biri İcra Hakimiyyətini məhkəməyə verdi, uddu. İcra Hakimiyyətində şöbə müdiri olmuş Zülfəli dedi ki, o özü məsələni həll edəcək.

Zülfəli mənim aldığım evlərə ayrı-ayrı adamları gətirib kirayə saxladı. Hələ də yaşayırlar. Dilarə Əliyeva 145-də isə memarlıq üslubu yoxdu. Bu bina memarlıq binası olsaydı, iki il sənədləşmə getdiyi halda mənə heç nə təqdim etmədilər. Mən Rasim Quliyevi birinci dəfədir ki, burda görürəm. Bu adamı tanımıram".

Şahidin sözlərinə görə, ötən il səhhətində yaranan problemlə bağlı əməliyyat olunanda Tikinti və Şəhərsalma Arxitektura Komitəsinin rəis müavini Namiq Hümbətova layihə barədə danışıb: "Namiq Hümbətov bildirdi ki, məsələ həll olunacaq. Mənim layihəmdə Namiq Hümbətov dəyişikliklər etdi, razılaşdım. Müharibə başladı, bir müddət keçdi, amma ortada heç nə yoxdu. Bu il fevral ayında Tikinti və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümbətov mənim yoldaşıma dedi ki, iş alınmır. Mən dedim ki, kimə lazımdı yenə pul verim, işim dayanmasın. Namiq çox yerlərə müraciət etdi, cavab gəlmədi. Sonra eşitdim ki, Rasim Quliyevlə bağlı cinayət işi başlandı, tutuldu.

Mən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etdim ki, Rasim Quliyevi tanıyım. İmkan vermədilər. İdarədən dedilər ki, bu işdə 32 şirkət var, sənlik deyil. Sonra gördüm ki, ancaq mənim şirkətimin adını çəkirlər".

Tamella İbrahimova qeyd edib ki, Baş nazirin müavini Hacıbala Abutalıbovun yanına gedib: "Dedim Rasim Quliyev kimdir? Dedi ki nə olub? Ona bildirdim ki, Tikinti və Şəhərsalma Komitəsinin sədri deyir ki, Rasim Quliyev sənin sənədinə qol çəkdiyinə görə, işin alınmır. Hacıbala müəllim dedi ki, ola bilməz. Məni arxayın elədi, sonra Ramiz Mehdiyev və Əbülfəs Qarayevə zəng elədi. Ramiz müəllimə dedi ki, Arxitektura İdarəsi Rasim Quliyevin imzasını tanımır. Ramiz Mehdiyev dedi ki, ola bilməz, biz Rasim Quliyevin imzası ilə gələn sənədləri qəbul edirik".

Tamella İbrahimova söyləyib ki, Zakir Qaralov onların şirkətinə məktub göndərib və binanın qanunsuz tikildiyini qeyd edilib: "Biz də işi saxladıq. Hacıbala Abutalıbov dedi ki, mənim müavinin Rauf Pənahov rəhmətə getdi, ona görə saxlayıblar. Sonra dedilər ki, mənim 2013-cü ildə aldığım sərəncam 2014-cü ildə ləğv edilib. 2014-cü ildə mən ora 17 milyon pul qoymuşam. Mənim o qədər sübutlarım var. 2021-ci ildə Namiq Hümbətov deyib ki, mən nə qədər vəzifədəyəm, "Ff" şirkəti burada bina tikməyəcək. Mən Samir Nuriyevlə görüşdüm. Samir Nuriyev dedi ki, binanın tikilməsinə icazə veriləcək. Mən ora milyonlarla pul qoymuşam. Dilarə Əliyeva 141 və 145 ünvanlarında söküntü işləri gedirdi. Namiq Hümbətov gəldi, ora nəzarət eləməyə başladı. Mənə dedi ki, özüm nəzarət edəcəyəm. Dilarə Əliyeva 141 ünvanından evlər almışam. Ora sökülməyib".

Şahid qeyd edib ki, bir müddət sonra onun ofisinə Mədəniyyət Nazirliyindən Vüqar adlı şəxs gəlib: "Vüqar dedi ki, nazirliyinin yanında Mədəni İrsin Qoruması, İnkişafı və Qorunması üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovla görüşməlisən. Görüş zamanı o məndə çox mənfi təsir yaratdı.

Deyirdi ki, evləri sökmüsən, tarixə abidəni məhv etmisən, tikintini dayandırmalısan. Mən oradan çıxıb Hacıbala müəllimin yanına getdim. Hacıbala müəllim yanımda Əbülfəs Qarayevə zəng elədi. Əbülfəs Qarayev dedi ki, ərazidə evlər köhnədir, siz tikintinizi aparıb. Zakir Sultanova tapşıracağını bildirdi".

Hakim şahidin ifadəsini saxlayıb. Bildirib ki, ifadəsinin davamını gələn prosesdə dinləyəcəklər.

Növbəti proses oktyabrın 11-də davam edəcək.

İttihama görə, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılıb.

Aparılmış istintaqla Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası həvalə edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparat rəhbəri vəzifəsində işləmiş Rasim Quliyevin təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunub.

Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə Bakı şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura İdarəsi zərərçəkmiş qismində tanınıb.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    8 Ay, 10 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 35 şəxs qatıldı