TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5246_erm-nistanin-kapitulyasiyasi-misir-m-tbuatinda

CƏMİYYƏT

Hamısı

Ermənistanın kapitulyasiyası Misir mətbuatında

(13 Gün, 2 Saat öncə) 557 İzlenme 0 Yorum
Ermənistanın kapitulyasiyası Misir mətbuatında

Misirin “Asiaelyom” informasiya agentliyinin saytında və “Rayetmısr” portalında 44 günlük müharibədə Ermənistanın məğlubiyyəti və kapitulyasiyası barədə məqalə yayımlanıb.

TURKAZİNFO xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiyanın dövlət başçıları, Ermənistanın baş naziri tərəfindən imzalanmış Bəyanatdan bəhs edilir.

Yazıda diqqətə çatdırılır ki, Azərbaycan Prezidenti ötən il noyabrın 10-da xalqa müraciətində 9 bənddən ibarət Bəyanatı Ermənistanın kapitulyasiya sənədi adlandırıb və Ermənistanın baş nazirinin onu dəmir yumruğun hesabına imzalamağa məcbur olacağını vurğulayıb. Misir ictimaiyyətinə dövlətimizin başçısının Bəyanatın müddəaları barədə öz xalqına verdiyi məlumat müfəssəl şəkildə çatdırılır və qeyd olunur ki, Prezident İlham Əliyev sonrakı çıxışlarında həmin sənədin şərtlərinin yerinə yetirildiyini bildirib.
Məqalədə kapitulyasiya sənədini imzalayan Ermənistanın öz silahlı qüvvələrini Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxarması, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılması üzrə şərtlərin yerinə yetirildiyi qeyd olunur.

Bildirilir ki, Azərbaycan tərəfi Türkiyənin rəsmi qaydada atəşkəsə nəzarət mərkəzində iştirakını təmin edib. Ermənistan, həmçinin Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək nəqliyyat dəhlizinin açılması öhdəliyini götürüb. Bu dəhlizin yaradılması Türkiyə və Rusiya prezidentləri tərəfindən müsbət qiymətləndirilib.

Sonda qeyd olunur ki, Prezident İlham Əliyev regionda uzunmüddətli, dayanıqlı sülhün, təhlükəsizliyin tərəfdarı olduğunu bildirib. O, dəfələrlə bəyan edib ki, müharibədə Zəfər qazanmış Azərbaycan regional əməkdaşlığa hazırdır.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    8 Ay, 10 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 35 şəxs qatıldı