TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5245_iran-yunanistandan-150-min-doza-astrazeneca-aldi

DÜNYA

Hamısı

İran Yunanıstandan 150 min doza "AstraZeneca" aldı

(13 Gün, 2 Saat öncə) 560 İzlenme 0 Yorum
İran Yunanıstandan 150 min doza "AstraZeneca" aldı

Yunanıstandan İrana 150 min doza “AstraZeneca” peyvəndi idxal edilib.

TURKAZİNFO xəbər verir ki, bu barədə İranın Baş gömrük idarəsinin rəhbəri Mehirdad Cəmali məlumat verib. O bildirib ki, indiyə kimi İrana 80 milyon doza müxtəlif ölkələrin istehsalı olan peyvənd idxal edilib.

Səhiyyə Nazirliyinin məlumatına əsasən İranda 53 milyon nəfərə peyvənd vurulub və proses davam edir.

Nazirliyin digər açıqlamasına görə, son 24 saat ərzində ölkə ərazisində 10 min 135 nəfər koronavirusa yoluxub, 217 nəfər isə yoluxaraq ölüb. Bununla da İranda virusa yoluxanların ümumi sayı 5 milyon 611 min 700 nəfərə, ölənlərin ümumi sayı isə 120 min 880-a çatıb.

Xəstəxanalarda müalicə alan 5 min 802 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda 5 milyon 75 min 482 nəfər sağalaraq evə buraxılıb.

Artıq üçüncü həftədir ki, İranda koronavirus infeksiyasının yayılması və ölüm hallarında azalma müşahidə olunur.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    8 Ay, 10 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 35 şəxs qatıldı