TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5240_abakarov-burunc-ugrunda-mubariz-aparacaq

İDMAN

Hamısı

Abakarov bürünc uğrunda mübarizə aparacaq

(13 Gün, 4 Saat öncə) 559 İzlenme 0 Yorum
Abakarov bürünc uğrunda mübarizə aparacaq

Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.

TURKAZİNFO xəbər verir ki, mundialın ilk günündə sərbəst güləşçilər mübarizəyə qoşulublar.

Güləşçimiz Abubakr Abakarov (86 kq) almaniyalı Ahmed Dudarov, ukraynalı Məhəmməd Əliyev və Gürcüstan idmançısı Sandro Aminaşvilini məğlub edərək yarımfinala yüksəlib. Növbəti mərhələdə təmsilçimiz ABŞ idmançısı Deyvid Teylor ilə üz-üzə gəlib. Güləşçimiz son Olimpiya çempionuna məğlub olub. Bürünc medal uğrunda görüşdə təmsilçimiz Əhməd Aybuyev (Fransa) - Boris Makoyev (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.

Millimizin üzvü Kənan Heybətov (61 kq) startda Ukrayna təmsilçisi Yaroslav Xurskiyə məğlub olub.

Çempionatda 74 kiloqram çəki dərəcəsində çıxış edən Coşqun Əzimov debütdə inamlı qələbə qazanıb. Həmyerlimiz Keniya güləşçisi Mathayo Mahabilanı cəmi 1 dəqiqə ərzində məğlub edib. Ancaq səkkizdəbir final mərhələsində belaruslu idmançı Azamat Nurikova sonuncu xal prinsipinə əsasən yenilib.

Bu çəki dərəcələrində medal qarşılaşmaları oktyabrın 3-də Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, oktyabrın 3-də 57, 65, 79 və 92, ayın 4-də isə 70 və 97 kiloqram çəki dərəcələrində çıxış edən pəhləvanlar mübarizəyə qoşulacaqlar.


Diqqətinizi çəkə bilər

Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    8 Ay, 10 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 35 şəxs qatıldı