TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5230_gurcustanda-b-l-diyy-seckil-ri-basladi

DÜNYA

Hamısı

Gürcüstanda bələdiyyə seçkiləri başladı

(14 Gün, 3 Saat öncə) 569 İzlenme 0 Yorum
Gürcüstanda bələdiyyə seçkiləri başladı

Bu gün Gürcüstanda bələdiyyə seçkiləri keçirilir.

TURKAZİNFO xəbər verir ki, səhər saat 8:00-da səsvermə başlayıb.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, ölkə üzrə 3664 seçki məntəqəsi seçkilərə tam hazırdır. Eyni zamanda, pentensiar müəssisələrdə 9, xəstəxanalarda müalicə olunan və xüsusi təcridxanalarda saxlanılan şəxslərin səsvermədə iştirakını təmin etmək üçün 70 seçki məntəqəsi yaradılıb.

Seçici siyahılarında 3 milyon 497 min 345 seçicinin adı var. Onlardan 39 min 135-i bu il ilk dəfə səs verəcək.

Bu gün Gürcüstan vətəndaşları növbəti 4 il üçün 63 mer və 63 sakrebuloya (yerli məşvərətçi orqan) 2068 deputat seçəcəklər.
Səsvermənin gedişini seçici subyektləri tərəfindən 21 min 483 müşahidəçi, 100 yerli müşahidə missiyası tərəfindən 31 min 310 müşahidəçi, 52 beynəlxalq təşkilat və ölkədə akkreditə olunmuş səfirliklər tərəfindən isə 1024 müşahidəçi izləyəcək.

Səsvermə axşam saat 20:00-da başa çatacaq.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    8 Ay, 10 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 35 şəxs qatıldı