TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5229_bu-gund-n-etibar-n-avtobuslar-h-r-h-ft-sonu-isl-y-

CƏMİYYƏT

Hamısı

Bu gündən etibarən avtobuslar hər həftəsonu işləyəcək

(14 Gün, 3 Saat öncə) 640 İzlenme 0 Yorum
Bu gündən etibarən avtobuslar hər həftəsonu işləyəcək

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq oktyabrın 1-dən həftəsonu ictimai nəqliyyatın fəaliyyətinə qoyulan qadağanın ləğv edilməsi ilə müntəzəm marşrut xətləri üzrə avtobuslar və Bakı metrosu şənbə və bazar günləri adi rejimdə fəaliyyət göstərəcək.

TURKAZİNFO xəbər ki, Bakı metrosu həftə sonları adi rejimdə fəaliyyət göstərəcək. Qatarların hərəkət cədvəli, 2019-cu ilin eyni dövrünün qrafikinə uyğun tərtib olunub. Bu səbəbdən qatarlararası interval “Qırmızı xətt”in “28 May” - “Həzi Aslanov” sahəsində 2 dəqiqə 30 saniyə təşkil edəcək. “Yaşıl xətt” və “Qırmızı xətt”lərin kəsişərək birləşdiyi müştərək sahəsi olan “28 May” stansiyasından sonra “İçərişəhər” və “Dərnəgül” stansiyalarına və əks istiqamətdə qatarlar arasında interval 5 dəqiqəyə bərabər olacaq. “Bənövşəyi xətt”də isə qatarların hərəkət cədvəlində dəyişiklik edilməyəcək.

Bakı Nəqliyyat Agentliyi də öz növbəsində Bakı şəhərində müntəzəm sərnişindaşımalarla məşğul olan şirkətlərə qərarın icrası ilə bağlı tapşırıqlar verib. Bildirilib ki, marşrutların şənbə-bazar günləri də fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri tədbirlər görsünlər. Eyni zamanda, sürücü və işçi heyətinin təlimatlandırılması, texniki və digər hazırlıq işlərinin görülməsini həyata keçirsinlər


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    8 Ay, 10 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 35 şəxs qatıldı