TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/5227_irandan-c-nubi-koreyaya-qadaga

DÜNYA

Hamısı

İrandan Cənubi Koreyaya qadağa

(14 Gün, 3 Saat öncə) 571 İzlenme 0 Yorum
İrandan Cənubi Koreyaya qadağa

Bu gündən Cənubi Koreya istehsalı olan məişət texnikalarının İrana idxal edilməsi və satışı qadağan olunub.

TURKAZİNFO xəbər verir ki, bu barədə İranın Prezident Administrasiyası rəhbərinin sənaye və ticarət, eləcə də iqtisadiyyat və maliyyə işləri nazirlərinə yazdığı məktubda deyilir.

Qeyd olunub ki, ölkədə bir sıra məişət texnikası istehsal edən şirkətlər Ali Rəhbərə müraciət edərək daxili bazarın qorunmasını xahiş ediblər. Ali Rəhbər İran iqtisadiyyatının dirçəlməsi üçün daxili bazarın qorunmasını vacib hesab edib və tədbir görülməsi üçün iş adamlarının müraciətini Prezident Administrasiyasına yönəldib. Administrasiya isə Cənubi Koreyadan İrana məişət texnikası idxalını və satışını qadağan edib.

Nəzərə çatdıraq ki, Cənubi Koreya ABŞ-ın İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyaları dəstəkləyir və İrana məxsus 9 milyard dollar vəsaiti qaytarmır. Rəsmi Seul vəsaiti qaytarmaqdan imtina etmir. Sadəcə olaraq, sanksiyaları əsas tutaraq hazırda pulu İrana vermir.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    8 Ay, 10 Gün öncə
SÜPER LİG
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 35 şəxs qatıldı