TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/2507_avropa-surasi-az-rbaycanda-monitorinq-kecir-c-k

GÜNDƏM

Hamısı

Avropa Şurası Azərbaycanda monitorinq keçirəcək

(1 Ay, 24 Gün öncə) 910 İzlenme 0 Yorum
Avropa Şurası Azərbaycanda monitorinq keçirəcək

 Avropa Şurasının (AŞ) Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndə heyəti fevralın 23-dən 25-dək Azərbaycanın Avropa Yerli Özünüidarə Xartiyasına uyğunluğunu monitorinq edəcək.

 

Turkazinfo xəbər verir ki, AŞ-ı mətbuat xidmətinin məlumatına görə,  iki həmməruzəçi - Bernd Feringer (Almaniya) və Stüart Dikson (Böyük Britaniya) 2012-ci ildə baş tutmuş öncəki monitorinqindən sonra baş verən hadisələrə diqqət ayıracaqlar.

 

Pandemiya ilə əlaqədar məruzəçilər Konqresdəki Azərbaycan milli nümayəndə heyəti, yerli və regional hakimiyyət orqanlarının milli assosiasiyaları, Milli Məclisin Regional əlaqələr komitəsinin sədri, Konstitusiya Məhkəməsinin sədri və Azərbaycanın insan hüquqları üzrə müvəkkili ilə onlayn görüşəcəklər.

 

Onlar həmçinin ədliyyə nazirinin müavini, Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri və Bakı şəhər icra hakimiyyətinin və digər yerli hakimiyyət orqanlarının nümayəndələri ilə də görüşəcəklər.

Görüşlərin yekununa əsasən hesabat hazırlanacaq və daha sonra ona Monitorinq Komitəsi tərəfindən baxılacaq.

 

Azərbaycan Avropa Yerli Özünüidarə Xartiyasını 2002-ci ildə ratifikasiya edib. Xartiyanı təsdiqləyən ölkələrdən onun müddəalarına riayət etmələri tələb olunur. Xartiya Avropada yerli özünüidarəetmənin əsasını təşkil edən minimum hüquqlar toplusunun həyata keçirilməsini tələb edir. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi AŞ-yə üzv 47 dövlətdə bu prinsiplərə riayət edilməsini təmin edir.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 26 şəxs qatıldı