TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/2500_nazirlik-pensiya-yas-h-ddinin-yuks-k-olmasi-fikrin

RƏSMİ

Hamısı

Nazirlik pensiya yaş həddinin yüksək olması fikrinə münasibət bildirib

(1 Ay, 24 Gün öncə) 638 İzlenme 0 Yorum
Nazirlik pensiya yaş həddinin yüksək olması fikrinə münasibət bildirib

 "Hazırda ölkədə əhalinin pensiya yaş həddi yüksək deyil. Bununla bağlı mütəmadi təhlillər və müşahidələr aparılır".

Turkazinfo xəbər verir ki, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Elnur Abbasov "Yeni TV"yə müsahibəsində deyib.

 

Nazirlik rəsmisi bildirib ki, Azərbaycanda pensiya yaş həddinin yuxarı olması müşahidə edilmir: “Həyat səviyyəsinin ömür uzunluğunun artması səbəbindən pensiya yaş həddi mərhələli şəkildə artır. 65 yaşa çatanda proses tamamlanacaq”.

 

Şöbə müdiri vurğulayıb ki, hazırda Dövlət Statistika Komitəsinin müəyyən etdiyi rəqəmlərə görə Azərbaycanda orta ömür uzunluğu 77 ildir. Pensiya yaş həddinin yüksək olması ilə bağlı səsləndirilən fikirlər məntiqə və araşdırmalara söykənmir. Bu gün ölkədə 1 milyon 232 min pensiyaçı var. Onun 54%-i 12 ildən artıqdır pensiya alır. Hansı ki, onların pensiya kapitalları artıq bitib”.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 26 şəxs qatıldı