TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/2487_kanada-parlamenti-cinin-uygurlara-qarsi-soyqirimin

DÜNYA

Hamısı

Kanada parlamenti Çinin uyğurlara qarşı soyqırımını tanıyıb

(5 Gün, 7 Saat öncə) 740 İzlenme 0 Yorum
Kanada parlamenti Çinin uyğurlara qarşı soyqırımını tanıyıb

Kanada parlamenti Çinin uyğurlara qarşı siyasətini soyqırımı kimi qiymətləndirən qanunu təsdiqləyib.

266 deputat soyqırımın tanınmasını dəstəkləyib, layihənin əleyhinə isə səs verən olmayıb.

 

Turkazinfo xəbər verir ki, Kanadanın liberalyönümlü baş naziri Castin Trüdon qanunun qəbul edilməsini dəstəkləməyib. Buna baxmayaraq, parlamentdəki müxalif mühafizəkarlar istəklərinə nail olublar. Baş nazir və Nazirlər Kabinetinin üzvləri səsvermədə iştirak etməyib. Hakim Liberallar Partiyasını təmsil edən digər deputatlar qanunun lehinə səs verib. Partiyanın 72 deputatı ümumiyyətlə səsvermədə iştirak etməyib.

 

Bundan başqa, Kanada parlamenti Beynəlxalq Olimpiya Komitəsinə müraciət qəbul edib. Sənəddə vurğulanıb ki, əgər uyğurlara qarşı soyqırımı davam edərsə, 2022-ci il Çində keçiriləcək olimpiadanıın yeri dəyişdirilsin.

 

Xatırladaq ki, rəsmi məlumata görə, Çində 11 milyon uyğur türkü yaşayır. Ölkə hökuməti onlara qarşı sistematik təqib siyasəti yürüdülür. 2017-ci ildə Çinin Sincan-Uyğur Muxtar Rayonunda uyğurlar üçün siyasi-ideoloji təlim düşərgələri açılıb. BMT-nin məlumatına görə, bu düşərgələrdə 1 milyondan çox uyğur türkü saxlanılır. Rəsmi Pekin orada sadəcə Çin dili və mədəniyyətinin öyrənilməsi, həmçinin peşəkar hazırlıq kurslarının keçirildiyini iddia edir. Bununla belə, Çin orada uyğurların vəziyyəti ilə bağlı dünya ictimaiyyətinə ətraflı məlumat verməkdən çəkinir. Xeyli sayda məşhur uyğur alim, sənətkar və peşəkar idmançıların həmin düşərgələrdə saxlanıldığı güman edilir.

Rəsmi Pekin uyğurların türk əsilliyini şübhə altına qoymaq üçün aktiv təbliğat aparır.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 24 şəxs qatıldı