TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/2485_-rdogan-turkiy-v-az-rbaycan-arasindaki-vacib-sazis

TÜRKİYƏ

Hamısı

Ərdoğan Türkiyə və Azərbaycan arasındakı vacib sazişləri təsdiqlədi

(8 Gün, 5 Saat öncə) 614 İzlenme 0 Yorum
Ərdoğan Türkiyə və Azərbaycan arasındakı vacib sazişləri təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq” və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” müqaviləni təsdiqləyib və saziş qüvvəyə minib.

Turkazinfo-nun məlumatına görə, bununla bağlı “Resmi Gazete” məlumat yayıb.

Xatırladaq ki, 2020-ci ilin fevralın 25-də Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqında"  imzalanıb.

Sözügedən razılaşma Azərbaycan və Türkiyənin enerji və mədən sənayesində həyata keçiriləcək ortaq layihələrin əsaslarını müəyyənləşdirir. Razılaşmaya əsasən, iki ölkə birlikdə enerji və mineral kəşfiyyat işləri aparacaq.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” saziş isə 2017-ci il oktyabrın 31-də Bakı şəhərində imzalanıb.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 24 şəxs qatıldı