TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/2420_messi-v-ronaldo-son-10-ilin-n-yaxsi-futbolculari-s

İDMAN

Hamısı

Messi və Ronaldo son 10 ilin ən yaxşı futbolçuları seçildi

(25 Gün, 7 Saat öncə) 440 İzlenme 0 Yorum
Messi və Ronaldo son 10 ilin ən yaxşı futbolçuları seçildi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Avropada və Cənubi Amerikada son 10 ilin ən yaxşı futbolçularını açıqlayıb.

Turkazinfo İFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, Avropada İtaliyanın "Yuventus" klubunun portuqaliyalı ulduz futbolçusu Kriştianu Ronaldu, Cənubi Amerikada isə İspaniya "Barselona"sında çıxış edən argentinalı Lionil Messi birinci olub.

"Real Madrid"in və İspaniya millisinin müdafiəçisi Serxio Ramos köhnə qitənin ən yaxşı ikinci oyunçusu hesab edilib. "Bavariya"nın və Almaniya millisinin qapıçısı Manuel Noer isə üçüncü yerlə kifayətlənib.

Braziliya yığmasının və Fransa PSJ-sinin forvardı Neymar Cənubi Amerikada son 10 ilin ən yaxşı ikinci futbolçusu seçilib. Hazırda Braziliyanın "San Paulu" komandasında oynayan Daniel Alveş isə üçüncü olub


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 24 şəxs qatıldı