TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/2365_m-rk-zi-bankin-valyuta-ehtiyatlarinin-h-cmi-artib

İQTİSADİYYAT

Hamısı

Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi artıb

(30 Gün, 6 Saat öncə) 737 İzlenme 0 Yorum
Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi artıb

2020-ci ilin sonuna Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi beynəlxalq ehtiyatlarının həcmi 6 milyard 369,4 milyon ABŞ dolları təşkil edib.

Turkazinfo xəbər verir ki, Oxu.Az-ın AMB-dən əldə etdiyi məlumata görə, beynəlxalq valyuta ehtiyatların həcmi ilin əvvəli ilə müqayisədə 0,5 faiz artıb.

Bankın analitik balans göstəricilərinə əsasən, dövrün sonuna qədər pul bazasının həcmi 15 milyard 52,9 milyon manat təşkil edib və bu, ötən ilin əvvəli ilə müqayisədə 19,4 faiz artıb.

Manatla pul bazasının həcmi isə 13 milyard 564,2 milyon manat olub ki, bu, 2020-ci ilin əvvəlinə nəzərən 17,5 faiz çoxdur.

Dövriyyədə olan nağd pulların həcmi isə 11 milyard 839,7 milyon manat olub. 2019-cu ilin göstəriciləri ilə müqayisədə dövriyyədə olan nağd pul həcmi 13,8 faiz artıb.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 24 şəxs qatıldı