TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/2324_kimya-sektorunda-egey-bolg-sinin-ixracat-lideri-ye

İQTİSADİYYAT

Hamısı

Kimya sektorunda Egey bölgəsinin ixracat lideri yenə SOCAR-ın Petkim şirkəti oldu

(32 Gün, 4 Saat öncə) 397 İzlenme 0 Yorum
Kimya sektorunda Egey bölgəsinin ixracat lideri yenə SOCAR-ın Petkim şirkəti oldu

Pandemiya dövründə yerli istehsalçıların xammala olan tələbatını ödəmək üçün diqqətini daxili bazara yönəldən Petkim ixrac sahəsində uğurlarını davam etdirib.

 

Türkiyənin ən böyük birbaşa xarici investoru olan “SOCAR Türkiyə”nin Petkim neft-kimya holdinqi 2020-ci ildə də kimya sektorunun ixracat lideri oldu. Egey İxracatçı Assosiasiyası (EİA) tərəfindən təşkil olunan və ənənəyə çevrilmiş “İxracatın Ulduzları” Mükafatının Təqdimolunma Mərasimi pandemiyaya görə bu il keçirilməsə də, Petkim kimya sektorunda birinci, bütün sektorlar kateqoriyasında isə ikinci yerə layiq görülüb.

 

“İXRACATDA GÜCLÜ MÖVQEYİMİZİ QORUYUB SAXLADIQ”

 

Türkiyənin ilk və yeganə inteqrasiyalı neft-kimya kompleksi olan Petkimin pandemiya müddətində yerli istehsalçıların ehtiyaclarına xüsusi diqqət yetirdiyini bildirən SOCAR Türkiyə Emal və Neft-Kimya bölməsinin rəhbəri, Petkimin Baş direktoru Anar Məmmədov demişdir: “Qlobal tədarük zəncirində qırılmaların baş verdiyi bu dövrdə istehsal prosesinin fasiləsizliyini təmin edərək daxili bazarın xammal tələbatını qarşılamaq bizim üçün prioritet idi. Bu dövrdə, pandemiyanın təsiri ilə neft qiymətləri rekord səviyyədə azalarkən, neft-kimya məhsullarının qiyməti də düşdü. Bütün bu proseslərə baxmayaraq biz güclü möqeyimizi qoruyub saxladıq və Petkim, əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də kimya sektorunda yenə Egey bölgəsinin ixracat lideri oldu. Bu çətin dövrdə yüksək əmək qabiliyyəti nümayiş etdirdiklərinə görə bütün həmkarlarıma bir daha təşəkkür edirəm.”

 

STAR NEZ İLƏ İNTEQRASİYA MÜSBƏT TƏSİR GÖSTƏRDİ

 

Egey İxracatçı Assosiasiyasının elan etdiyi “2020-ci il Egey Bölgəsi İxracatın Ulduzları” siyahısında kimya sektorunda birinci, bütün sektorlar kateqoriyasında isə ikinci olan Petkim hesabat dövründə 363 milyon dollarlıq ixrac əməliyyatı həyata keçirib. STAR NEZ ilə inteqrasiyanın yaratdığı sinerji ilə ölkə sənayesinin dayanıqlılığı üçün istehsalı davam etdirən Petkim bu dövrdə Türkiyə üçün çox mühüm və strateji əhəmiyyət daşıyan tibbi ləvazimatlar və qablaşdırma xammalı istehsalındakı çəkisini artırdı. Petkim pandemiya və qlobal şərtlərin təsiri ilə məhsulların qiymətində baş verən enmələrə baxmayaraq 2020-ci ilin üçüncü rübündə gəlirini keçən ilin müvafiq dövrü ilə müqayisədə 36% artıraraq 311 milyon TL-yə çatdırmağa nail oldu.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 24 şəxs qatıldı