TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/2262_-vikipediya-nin-alman-dili-bolm-sind-az-rbaycanla-

SƏHİYYƏ

Hamısı

“Vikipediya”nın alman dili bölməsində Azərbaycanla bağlı məqalələr yaradılır

(36 Gün, 18 Saat öncə) 403 İzlenme 0 Yorum
Müasir dövrdə “Vikipediya”ya maraq getdikcə artır. “Vikipediya” hər xalqa öz mədəniyyətini, tarixini, ədəbiyyatını, dəyərlərini çatdırmaq nöqteyi-nəzərindən böyük imkanlar yaradır.

Müasir dövrdə “Vikipediya”ya maraq getdikcə artır. “Vikipediya” hər xalqa öz mədəniyyətini, tarixini, ədəbiyyatını, dəyərlərini çatdırmaq nöqteyi-nəzərindən böyük imkanlar yaradır.

 

Almaniyada yaşayan soydaşlarımız tərəfindən də “Vikipediya”da fəaliyyət göstərən qrup yaradılıb. Bundan sonra “Vikipediya”nın alman dili bölməsində ölkəmizlə bağlı məqalələr yaradılacaq və zənginləşdiriləcək.

 

Bu barədə Turkazinfo-ya "Vikipediya" üzrə mütəxəssis, diaspor üzrə araşdırmaşı-ekspert Elnur Eltürk məlumat verib. “Almaniyada yaşayan akademik təhsilli soydaşlarımız tərəfindən Alman-Azərbaycan Vikipediya Klubu formalaşdırılıb. Klubun heyəti Almaniyada təhsil alan, akademik dairələrdə çalışan vətənpərvər soydaşlarımızdan təşkil olunub. Qrupa Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılan “Qorqud” Vikipediya Metodik Klubunun təlimçiləri tərəfindən təlimlər keçirilib.

 

Qrup “Vikipediya”da məqalələrin yaradılması və zənginləşdirilməsi qaydalarını mənimsəyib. Qrup peşəkarlardan təşkil olunduğu üçün effektiv, nəzərəçarpacaq işlərin ortaya qoyulacağı gözlənilir. Fəaliyyət istiqamətini müəyyən edən qrup üzvləri tərəfindən məqalələr tərcümə edilməklə bərabər, həm də əsaslı mənbələrlə Azərbaycanla bağlı məqalələr yaradılacaq və redaktə ediləcək”, - deyə Elnur Eltürk qeyd edib.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 24 şəxs qatıldı