TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/2245_-atletiko-ya-qol-vuran-qapici-tarix-dusdu

İDMAN

Hamısı

"Atletiko"ya qol vuran qapıçı tarixə düşdü

(37 Gün, 20 Saat öncə) 174 İzlenme 0 Yorum
"Atletiko"ya qol vuran qapıçı tarixə düşdü.

İspaniyanın "Eybar" klubunun qapıçısı Marko Dmitroviç La Liqanın tarixinə düşüb.


Turkazinfo "Opta Jose"yə istinadən xəbər verir ki, 29 yaşlı qolkiper XIX turda "Atletiko" (Madrid) ilə matçda penaltini dəqiq yerinə yetirib.


Serbiyalı oyunçu 2011-ci ilin fevralından ölkə çempionatında qol vuran ilk qapıçıdır. La Liqada son olaraq "Almeriya" ilə görüşdə "Deportivo"nun qapıçısı Dani Aransubiya fərqlənib.


Dmitroviç həm də 18 ildən sonra penaltidən fərqlənən ilk çərçivə qoruyucusudur. 2003-cü ildə "Las Palmas"ın qolkiperi Naço Qonsales "Atletik"lə qarşılaşmada penaltini dəqiq yerinə yetirib. Bu vaxta qədər İspaniya çempionatında 7 qapıçı qol vura bilib.


Qeyd edək ki, "Eybar" "Atletiko"ya 1:2 hesabı ilə uduzub.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 24 şəxs qatıldı