TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/2196_-qarabag-in-legioneri-z-d-l-nib

İDMAN

Hamısı

"Qarabağ"ın legioneri zədələnib

(38 Gün, 1 Saat öncə) 153 İzlenme 0 Yorum
"Qarabağ"ın legioneri zədələnib.

"Qarabağ" komandası Azərbaycan Premyer Liqasının XIV turunda "Sabah"la keçirəcəyi matça iki futbolçu itkisi ilə çıxacaq.


"Turkazinfo"nun "Report"a istinadən verdiyi məlumatına görə, Filip Ozobiç və Kevin Medina bugünkü görüşü buraxacaq.


Ozobiç zədə səbəbindən komandaya kömək edə bilməyəcək. 30 yaşlı yarımmüdafiəçinin zadəsinin nə qədər ciddi olduğu hələlik bəlli deyil.


Medina isə cəzalı olduğu üçün matçın iştirak ərizəsinə daxil edilməyəcək. 28 yaşlı kolumbiyalı müdafiəçi XIII turda "Zirə"ni 3:2 hesabı ilə məğlub etdikləri görüşdə qırmızı vərəqə alıb. AFFA İntizam Komitəsi ona iki oyunluq cəza verib.


"Sabah" komandasında isə zədələrini yenicə sağaltmalarına rəğmən, hələ kollektiv məşqlərə qatılmayan qapıçı Saşa Stamenkoviç və müdafiəçi Bəhlul Mustafazadənin meydana çıxmayacaqları dəqiqdir.


Qeyd edək ki, bu gün "Bank Respublika Arena"da keçiriləcək "Sabah" - "Qarabağ" matçı saat 18:00-da başlayacaq.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 24 şəxs qatıldı