TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/2174_isvecd-5g-s-b-k-sinin-yaradilmasinda-4-sirk-t-isti

SƏHİYYƏ

Hamısı

İsveçdə 5G şəbəkəsinin yaradılmasında 4 şirkət iştirak edəcək

(39 Gün, 0 Saat öncə) 3,73 B İzlenme 0 Yorum
İsveçdə yeni nəsil mobil şəbəkələr üçün tezlik hərracı bir günün içində baş tutub və 5G şəbəkəsinin yaradılmasında iştirak edəcək dörd operatoru müəyyənləşdirilib.

İsveçdə yeni nəsil mobil şəbəkələr üçün tezlik hərracı bir günün içində baş tutub və 5G şəbəkəsinin yaradılmasında iştirak edəcək dörd operatoru müəyyənləşdirilib.

 

Turkazinfo TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Poçt və Telekommunikasiya İdarəsi (PTS) məlumat verir.Bildirilir ki, 3.5 GHz və 2.3 GHz tezlik diapazonlarında tenderi "Hi3G Access", "Net4Mobility", "Telia Sverige" və "Teracom" şirkətləriqazanıblar. Tezliklərin satışından əldə edilən ümumi məbləğ 2,3 milyard kron (250 milyon dollar) təşkil edib.

 

20 oktyabrda ilk 5G tezlik hərraclarının keçirilməsi təşkil olunmağa başlarkən milli təhlükəsizlik baxımından iştirakçılar üçün bir sıra tələblərin hazırlandığı elan edildi. İştirak üçün şərtlərdən biri Çinin "Huawei" şirkətinin məhsullarının yeni tətbiq olunan sistemlərdə tam olmaması idi. "Huawei" bu qərardan apellyasiya şikayəti verib.

 

1 yanvar 2020-ci ildə qüvvəyə minən qanunvericiliyə uyğun olaraq, tenderə dair müraciətlərə baxılması bu diapazonlarda radio avadanlıqlarının istifadəsinin İsveç təhlükəsizliyini pozmamasını təmin etmək üçün İsveç Silahlı Qüvvələri və Təhlükəsizlik Polisi ilə məsləhətləşərək həyata keçirilmişdir.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 24 şəxs qatıldı