TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/2167_-qanli-yanvar-n-q-d-r-faci-li-olsa-da-az-rbaycan-x

CƏMİYYƏT

Hamısı

"Qanlı Yanvar" nə qədər faciəli olsa da Azərbaycan xalqının iradəsini, milli azadlıq əzmini qıra bilmədi"- Teymur Əliyev

(40 Gün, 12 Saat öncə) 645 İzlenme 0 Yorum
"Qanlı Yanvar" nə qədər faciəli olsa da Azərbaycan xalqının iradəsini, milli azadlıq əzmini qıra bilmədi"- Teymur Əliyev

"Qanlı Yanvar" nə qədər faciəli olsa da Azərbaycan xalqının iradəsini, milli azadlıq əzmini qıra bilmədi".


Turkazinfo xəbər verir ki, bu sözləri ictimai-siyasi fəal gənc Teymur Əliyev "20 Yanvar" hadisələri haqqında açıqlamasında qeyd edib.


Azərbaycan xalqının tarixinə "Qanlı Yanvar" faciəsi kimi daxil olmuş 20 Yanvar 1990-cı il hadisələrindən artıq 31 il keçir. Keçmiş Sovet Ordusu həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlə təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar Sovet rejiminin bütün dünyaya bir daha necə quruluş olmağını nümayiş etdirmişdir. 1990-cı ilin "Qanlı Yanvar"ı nə qədər faciəli olsa da Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. "Qanlı 20 Yanvar" faciəsi müstəqil Azərbaycan dövlətinin tarixinə şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır. Belə ki, yaxın keçmişə baxdıqda Ali Baş Komandan, Möhtərəm Prezident Cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər, Şanlı Ordumuz Ermənistan üzərində laiqli qələbə qazanaraq ərazi bütövlüymüzü bərpa etdi. Torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına mübarizə aparan, igidlik və şücaət göstərən 2800-dən artıq şəhidimiz oldu. Artıq matəm simvolu olan "Qərənfil"ə zəfər simvolu olan "Xarı bülbül" qoşuldu. 
Allah bütün şəhidlərimizə rəhmət etsin!

 

İlkin Həsənov


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!
YAZARLAR
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 24 şəxs qatıldı