TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/1978_c-nubi-qafqazda-laq-l-rin-b-rpa-olunmasi-yukdasima

İQTİSADİYYAT

Hamısı

Cənubi Qafqazda əlaqələrin bərpa olunması yükdaşımaların dəyərinin azalmasına gətirib çıxaracaq

(7 Gün, 20 Saat öncə) 143 İzlenme 0 Yorum
Cənubi Qafqazda əlaqələrin bərpa olunması yükdaşımaların dəyərinin azalmasına gətirib çıxaracaq

Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş naziri tərəfindən regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması barədə əldə olunan razılaşma bütün Cənubi Qafqaz regionuna iqtisadi səmərə verəcək.


Turkazinfo bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Rüfət Quliyev deyib.


Onun sözlərinə görə, bu, regionda yeni nəqliyyat-logistika məkanının istifadəsinə və yükdaşımaların dəyərinin azalmasına gətirib çıxaracaq.


Üçtərəfli görüçün yekunları barədə danışan deputat bildirib ki, yolların açılması hamıdan çox Ermənistanı maraqlandırmalıdır:


"Ölkələr arasında razılaşma Ermənistan iqtisadiyyatına və onun xalqının rifahına müsbət təsir göstərəcək".


R.Quliyev xatırladıb ki, Azərbaycanla Naxçıvan MR arasında logistika hava yolu ilə və İran ərazisindən reallaşdırılır, amma bundan sonra birbaşa yol tikiləcək və Türkiyəyə də birbaşa çıxış əldə olunacaq:


"Azərbaycan artıq trans-kontinental dəmir yollarını inşa edib, azad edilmiş ərazilərdə dəmiryol şəbəkəsi bu sistemə inteqrasiya oluna bilər".


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 24 şəxs qatıldı