Avropa İttifaqı (Aİ) ölkələri ilə NATO-da bir yerdəyik. Terrorla mübarizədə yanımızda olmalısınız. Amma hansı səbəbdən bu ölkələr bizim yanımızda yer almırlar?”
Turkazinfo "Hürriyet"ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aİ ölkələrinin Türkiyədəki səfirlərinə müraciət edərkən deyib."Bizim yanımızda olmadılar. Minlərlə yük maşını silah, döyüş sursatı və avadanlıq göndərildi. Terror təşkilatları bunlarla bizə qarşı döyüşdü. Bir NATO ölkəsi olaraq döyüşdük, vuruşuruq, vuruşacayıq. Geri çekilmək yoxdur", o bildirib.Onun sözlərinə görə, eyni şəkildə Türkiyə Liviya, Dağlıq Qarabağda apardığı mübarizədə Aİ ölkələrindən dəstək almayıb."ATƏT-in Minsk qrupunun 30 ildə həll edə bilmədiyi problem verdiyimiz dəstəklə 44 gündə həll edildi".