TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/1942_pakistanli-investorlar-az-rbaycanda-azad-iqtisadi-

İQTİSADİYYAT

Hamısı

Pakistanlı investorlar Azərbaycanda azad iqtisadi zona investisiya imkanlarını öyrənəcək

(13 Gün, 17 Saat öncə) 127 İzlenme 0 Yorum
Pakistanlı investorlar Azərbaycanda azad iqtisadi zona investisiya imkanlarını öyrənəcək

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı yaxınlığında Ələt azad iqtisadi zonası yaradılır, pakistanlı investorlar burada birgə müəssisələr yaratmaq və investisiya qoymaq imkanlarını tədqiq etməlidir.

 

Turkazinfo-nun məlumatına görə, bunu Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə İslamabad Ticarət-Sənaye Palatasının nümayəndələri ilə görüşü zamanı deyib.

O bildirib ki, Azərbaycan regionun 10 ölkəsi ilə azad ticarət barədə sazişlər imzalayıb, ona görə də Azərbaycana investisiya yatırmaqla və ticarət əməkdaşlığını genişləndirməklə, pakistanlı investorlar regionun bütün ölkələrinə ixracı təşviq edə bilər.

Azərbaycanla Pakistan arasında ikitərəfli əməkdaşlığın potensial sahələri qismində səfir kənd təsərrüfatı, sənaye, turizm, dağ-mədən sənayesi, hotel biznesi sahələrini qeyd edib:

"Azərbaycan həm də pandemiyadan sonra Pakistanla birbaşa reyslərin və dəmiryolu əlaqəsinin inkişafında maraqlıdır. Ölkələrimiz bir çox sahələrdə ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlara malikdir".


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 24 şəxs qatıldı