Ermənistan baş naziri Nikol Paşinyan üçtərəfli görüş üçün Rusiyanın paytaxtı Moskvaya yola düşə bilib.
Bu barədə məlumatı “Sputnik Armeniya” yayıb.
Məlumata görə, etirazçıların “Zvartnots” hava limanına gedən yolu bağlamasına baxmayaraq, baş nazir aeroporta çatıb və Rusiya paytaxtına yola düşüb.
“Nikol Paşinyan legitim rəhbər deyil, o, Ermənistanı təmsil etmir. Onun adından imzalanan sənədlərin heç bir hüquqi qüvvəsi olmayacaq”, – aksiya iştirakçısı söyləyib