TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/1910_nigeriyada-agir-yol-q-zasinda-onlarla-insan-h-lak-

DÜNYA

Hamısı

Nigeriyada ağır yol qəzasında onlarla insan həlak olub

(14 Gün, 5 Saat öncə) 439 İzlenme 0 Yorum
Nigeriyada ağır yol qəzasında onlarla insan həlak olub

Nigeriyanın şimal-şərqindəki Bauçi ştatında baş vermiş ağır yol qəzasında azı 20 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə yerli “Punch” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə Tirvun rayonunda qeydə alınıb. Sərnişin avtobusu minik avtomobili ilə toqquşub. Qəzadan sonra yanğın baş verib.

“İyirmi iki nəfər sərnişindən iyirmisi tanınmayacaq qədər yanıb. İki qadın sağ qalıb. Hadisə zamanı avtobusda 18, minik avtomobilində 4 nəfər olub”, - yerli polisin nümayəndəsi Ahmed Vakil bildirib.

Avtobus Borno ştatının ən böyük şəhəri Mayduquri istiqamətində hərəkət edirmiş. Minik avtomobili isə Bauçiyə gedirmiş.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 24 şəxs qatıldı