TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/1883_uc-il-vv-l-ruh-gor-n-bu-gun-is-psixoterapeft-h-r-i

GÜNDƏM

Hamısı

ÜÇ İL ƏVVƏL RUH GÖRƏN, BU GÜN İSƏ PSİXOTERAPEFT, HƏR İKİSİ ATV KANALINDA- BİABRÇILIQ-VİDEO

(10 Gün, 23 Saat öncə) 209 İzlenme 0 Yorum
ÜÇ İL ƏVVƏL RUH GÖRƏN, BU GÜN İSƏ PSİXOTERAPEFT, HƏR İKİSİ ATV KANALINDA- BİABRÇILIQ-VİDEO

TurkAzİnfo ÜmidTv-yə istinadən xəbər verir ki, son vaxtlar telekanallarda reklam xatirinə Cəmiyyətə zərərli olan informasiyalar geniş vüsat almaqdadır. Nədənsə mənfi xarakteriza olan amillərin qarşısının alınması istiqamətində, nə telekanalların rəhbərliyi, nə də həmin verilişlərə məsul olanlar lazımi tədbir görmək istəmirlər. Bu gün də maraqlı bir hadisənin şahidi olduq. Sosial şəbəkədə rejissor Vüsalə Mirzoyevanın maraqlı bir paylaşımı diqqətimizi çəkdi. 

Belə ki, rejissor Vüsalə Mirzoyeva sosial şəbəkə hesabında, ATV Kanalında yayımlanan "Həkimsən" tibbi verilişində Psixoterapevt kimi təqdim olunan "Ailə Psixoloji Xidmət və Nitq İnkişafı Mərkəzi"də çalışan Orxan Şəfizadə haqqında ciddi faktları açıqlayıb. Xanım rejissor,  bu gün həkim (Psixoterapevt) deyə təqdim edilən bu gəncin əslində ixtisaslı həkim olmadığını qeyd edib. 

Rejissor Vüsalə Mirzoyeva paylaşımında qeyd edir ki, (redakta ilə) “Mən bunu görüb şoka düşdüm. Bu oğlan özünü psixoterapevt kimi qələmə verir.  ATV-də həkim verilişinə çıxır. Dəhşətdi sadəcə. Mən bunu əla tanıyıram, adı Orxandır. Qonşumdur. Kafedə ofisiant işləyirdi. Sonra işsiz qaldı. Arada dedi  öncəgörənəm və qonşular da inanıb bundan nəsə soruşurdular. Dedikləri də həmişə tərsinə olurdu. 2016-2017- ci illərdə ATV-də hazırladığım ''3-cü göz'' verilişimə telefonlara cavab versin deyə işə götürdüm. Maaş da verirdik az-çox. Sonra veriliş dayandı və aparıcım olduğum psixoterapevt onu işsiz qalmasın deyə “Loqos” Tibb Mərkəzinə qapıçı kimi işə düzəltdi. Daha sonra məlum oldu ki, həmin psixoterapevtin pasientlərini azdırırmış və özünü də mütəxəssis kimi göstərərək yanına çağırırmış. Buna görə ordan qovuldu. İndi bildiyim qədər 1 ildən çoxdu yalançı sertifikat alıb, hansısa saxta mərkəzlərdə işə düzəlib. İnstaqramda özünə psixoterapevt kimi profil də açıb, guya Rusiyada təhsili alıb kimi yazıb. Özü də psixoloq da yox, birbaşa psixoterapevt!  Yəni heç bir savadı olmadığı halda dərman da yaza bilir”.
Qeyd edək ki, O.Şəfizadə bu gün ATV-də yayımlanan ''Həkimsən'' verilişinə çıxıb:  Pul qarşılığında reklam olunur. O, Rusiyada sadəcə bir müddət yaşayıb və qiyabi olaraq hüququ bitirib orda".
Vüsalə Mirzoyeva məsələ ilə bağlı başqa bir maraqlı məqamı da diqqətə çatdırıb.

Belə ki, 2017-ci ildə ATV-də yayımlanan “3-cü göz” verilişində (ətraflı videoda) O.Şəfizadə gözünə ruhlar görünən bir gənc kimi efirdə yer alıb. O,  cəmi 3 il keçdikdən sonra  həmin kanalın efirində “həkim” kimi təqdim olunub.
Məsələ sosial şəbəkədə yayımlanandan sonra Orxan Şəfizadənin çəxsi hesabında diplomunun paylaşıldığı məlum olub. Lakin diplom bağlı vəziyyətdə paylaşılıb. Bu məsələ soaial şəbəkədə birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri tərəfindən, ATV kanalında belə xoşagəlməz və dəqiqləşdirilməyən, biri-birinə ziddiyyətli halların işıqlandırılmasını qınanılıb.

Qeyd edək ki, ictimai məkanın əsas özəyi olan Kütləvi İnformasiya Vasitələri, ən başlıcası telekanallar, həyati önəm kəsb edən marifləndirici proqramlarda həkim mütəxəsis kimi təqdim etdikləri şəxslər haqqında məlumatları tam dəqiqləşdirməmiş efirə dəvət etməməlidrlər. Sonradan aydınlıq gətirilən məqamların isə Cəmiyyət üçün heç bir faydası olmur. Nəzərə alınmalıdır ki, Azərbaycandan kənarda təhsil alan tələbə-məzunların diplomları ölkəmizdə tanınmadığı halda, heç bir telekanal həmin şəxsləri ali təhsilli mütəxəsis kimi təqdim edə bilməz. Belə hallar Cəmiyyətə açıqca zərər verən, eyni zamanda məsuliyyət yaradan hallardır. 

İnanırıq ki, məsələ ilə bağlı müvafiq araşdırma aparılacaq və ictimaiyyətə açıqlama veriləcək. 

Məsələ ilə bağlı qarşı tərəflər mövqeyini açıqlaya bilər.   Mənbə: ÜmidTv

Videonu və fotoları təqdim edirik. 


 

 

 

 

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 24 şəxs qatıldı