"Brent" markalı neftin qiyməti əvvəlki satış gününün bağlanmasına olan göstəricisinə nisbətən 3,11 faiz artıb.
Turkazinfo bildirir ki, "Brent" markalı neftin mart fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında 56,07 dollar/barel təşkil edib.
"WTI" markalı neftin qiyməti də 2,95 faiz artaraq 52,33 dollar/barel təşkil edib.
Qeyd edilir ki, "Brent" markalı neftinin bir barelinin qiyməti 25 fevral 2020-ci ildən bəri 56 dolları ilk dəfə keçib.