TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/1851_qarabagda-kul-kd-n-enerji-alinmasi-planlasdirilir

İQTİSADİYYAT

Hamısı

Qarabağda küləkdən enerji alınması planlaşdırılır

(10 Gün, 15 Saat öncə) 105 İzlenme 0 Yorum
Azərbaycan yaxın gələcəkdə Qarabağda külək enerjisinin potensialın dəqiq hesablamağı planlaşdırır.

Azərbaycan yaxın gələcəkdə Qarabağda külək enerjisinin potensialın dəqiq hesablamağı planlaşdırır.

 

Bunu Turkazinfo-ya Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov deyib.

 

Onun sözlərinə görə, Qarabağın dağlıq hissəsində, 100 metr hündürlükdə orta illik sürəti saniyədə 7-8 metr olan küləklərin əsdiyi böyük ərazilər var:

 

"Globalwindatlas.info" platformasının məlumatlarına əsasən, Ermənistanla həmsərhəd olan Kəlbəcər və Laçın rayonlarında küləyin orta illik sürəti 10 metr/saniyəyə çatır".

 

C.Mikayılov bildirib ki, ölçü stansiyalarının quraşdırılması yolu ilə külək enerjisi potensialının hesablamaları aparılacaq:

 

"Ümumilikdə Qarabağın dağlıq rayonlarında külək enerjisinin potensialı 300-500 meqavatt həcmində dəyərləndirilir".


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 24 şəxs qatıldı