TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/1786_-windows-10-sistemind-yeni-s-sli-axtaris-funksiyas

İKT

Hamısı

“Windows 10” sistemində yeni səsli axtarış funksiyası istifadəyə veriləcək

(9 Gün, 6 Saat öncə) 173 İzlenme 0 Yorum
“Windows 10” sistemində yeni səsli axtarış funksiyası istifadəyə veriləcək

“Microsoft” korporasiyası populyar “Windows 10” əməliyyat sisteminin yeni funksiyasının sınaqlarına başlayıb. Belə ki, əməliyyat sistemi səsli axtarışın funksionallığını genişləndirəcək “Voice Launcher” adlı yeni səsli axtarış funksiyası ilə təchiz ediləcək. Bu barədə “WindowsLatest” tematik portalının məlumatında deyilir.


“Voice Launcher” funksiyası “Explorer” fayl menecerində və “Setting up” bölməsində, eləcə də “Windows Search” xidmətində axtarış vasitələrini yaxşılaşdırmağa imkan verəcək. Yeni eksperimental funksionallıqdan sistemin mətn daxiletmə sahəsinin mövcud olduğu “Windows Search API” əsasında işləyən bütün komponentlərində istifadə mümkün olacaq.


“Windows 10″da yeni səsli axtarış “Modern” üslubda tərtibat və istənilən form-faktorlu qurğularda iş üçün optimallaşdırma ilə təchiz edilib. İstifadəçi genişləndirilmiş axtarış quraşdırmalarından istifadə edə bilər – məsələn, avtomatik punktuasiya funksiyasını aktivləşdirmək olar.


Hazırda yeni funksiya məhdud sayda regionlarda və dillərdə sınaqdan keçirilir.


“Voice Launcher” səsli axtarış funksiyası ingilis, fransız, portuqal, alman, ispan, italyan, Çin və yapon dillərini dəstəkləyir.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 23 şəxs qatıldı