TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/1780_491-d-d-mina-v-partlamamis-h-rbi-sursat-askarlanar

GÜNDƏM

Hamısı

491 ədəd mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib - ANAMA (FOTO)

(19 Gün, 11 Saat öncə) 1,11 B İzlenme 0 Yorum
491 ədəd mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib - ANAMA (FOTO)

2021-ci il 01-05 Yanvar tarixlərində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Füzuli, Goranboy, Qubadlı, Tərtər, Xocavənd, Zəngilan rayonları və Şuşa şəhəri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 17 (on yeddi) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 3 (üç) müraciət daxil olmuşdur.

 

ANAMA-dan Turkazinfo-ya bildirilib ki, daxil olmuş 20 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 25 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilmişdir. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 796 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd bombacıq, 8 ədəd piyada əleyhinə mina, 87 ədəd tank əleyhinə mina, 3 ədəd tank əleyhinə minanın partladıcısı və 19 ədəd partlamış mərmi qalıqları aşkar olunmuşdur.

 

Agentliyin partlayış qrupu tərəfindən 491 ədəd mina və partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilmiş, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 641 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılmışdır.

 

Ümumilikdə Agentlik tərəfindən 27 sentyabr 2020-ci – 05 yanvar 2021-ci il tarixlərində 2 280 siqnal (əməliyyat çağırışı) əsasında 1 818 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Göygöl, Naftalan, Kürdəmir, Füzuli, Tərtər, Tovuz, Şəmkir, Hacıqabul, Zərdab, Xızı, Xocavənd, Oğuz, Qəbələ rayonları, Gəncə, Şuşa və Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahəyə, neft kəmərinin yaxınlığına, Mingəçevir İES-in ərazisinə, Cənubi Qafqaz Boru Kəmərinin yaxınlığına, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə, məktəbə baxış keçirilmiş, 2 415 ədəd partlamamış hərbi sursat (PHS), 4 554 ədəd piyada əleyhinə mina, 1 517 ədəd tank əleyhinə mina, 1 915 ədəd tank əleyhinə minanın partladıcısı, 77 ədəd detonator, 1 439 ədəd 9N235 bombacıqları, 20 988 ədəd müxtəlif çaplı patronlar, 2 ədəd qaz qumbarası, 5 968 qram qara barıt, 275 kq plastik partlayıcı maddə, 150 kq amonium-nitrat tərkibli partlayıcı maddə, 27 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, 7 ədəd dron (zərərsizləşdirilmişdir), 2 ədəd raketin mikrosxemi və 1 957 ədəd partlamış raket hissələri aşkar olunmuşdur.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 24 şəxs qatıldı