TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/1777_-ondan-n-suyum-n-d-cor-yim-g-lmir-nadir-royaya-bel

MAQAZİN

Hamısı

"Ondan nə suyum, nə də çörəyim gəlmir" - Nadir Röyaya belə dəstək oldu

(13 Gün, 5 Saat öncə) 973 İzlenme 0 Yorum
"Ondan nə suyum, nə də çörəyim gəlmir" - Nadir Röyaya belə dəstək oldu

"Mənə elə gəlir ki, bir insanın üstünə bu qədər getmək olmaz. Heç kim süddən çıxmış ağ qaşıq deyil. Allahdan başqa, bütün bəndələrin səhvi də var, günahı da. O, insan danışsın ki, heç bir səhvi və günahı yoxdur. Röyanın o qədər gözəl işləri var ki...”


Turkazinfo xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə həmkarı, Xalq artisti Röya Ayxan barədə yazıb.


Sosial şəbəkə hesabında fikirlərini bölüşən ifaçı Röyanı qınayanlara "Əl çəkin” deyib:


"Hər zaman ehtiyaclı insanların yanında olub. Belə baxanda mən Röya ilə heç yaxın münasibətdə deyiləm. Amma haqqında danışmaq lazımdır. Bu tənqidlərdən və başlıqlardan dözə bilməyib, özünə qəsd etsə nə qazanacaqsız?

 

Bir övladı anasız qoyacaqsız. Əl çəkin insanlardan, rahat buraxın insanları. Başqasını qınamamışdan öncə düşünək görək biz kimik, bu xalqa bu dövlətə nə xeyrimiz dəyib? Röya, rahat ol, hər bir etdiyimiz əmələ görə Allaha cavab verəcəyik. Heç kimi alqışı ilə yaranmamısan ki, kiminsə qarğışı ilə də məhv olasan.

 

Allah hər bir bəndəsinin mükafatını özü verir. Kim nəyə layiqdir onu verir! Bunu heç yaltaqlıq kimi qəbul etməyin, dostlar! Röyadan nə suyum, nə də çörəyim gəlmir. Sadəcə bir Azərbaycan qadınına və anasına rəhmim gəlir”.
 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 24 şəxs qatıldı