TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/1766_m-sq-r-qib-komandanin-formasinda-g-l-n-futbolcu-ba

İDMAN

Hamısı

Məşqə rəqib komandanın formasında gələn futbolçu bazaya buraxılmadı

(12 Gün, 7 Saat öncə) 591 İzlenme 0 Yorum
Məşqə rəqib komandanın formasında gələn futbolçu bazaya buraxılmadı

Belçikanın "Antverpen" klubunun futbolçusu Didye Lamkel Ze kuryoz hadisə ilə diqqət mərkəzinə düşüb.

 

Turkazinfo COPA90 tvitter səhifəsinə istinadən xəbər verir ki, kamerunlu hücumçu komandasının məşqinə çempionatdakı əsas rəqibləri olan "Anderlext"in formasında gəlib.

 

Nəticədə bazanın əməkdaşları onu içəri buraxmayıblar. 24 yaşlı forvard qapını açmağa cəhd etsə də, buna nail ola bilməyib.

 

İddiaya görə, Yunanıstan "Olimpiakos"una transfer olmaq istəyən futbolçu kluba təzyiq etmək və keçidi sürətləndirmək üçün bu addımı atıb.

 

Qeyd edək ki, Didye Lamkel Ze 2018-ci ildən "Antverpen"də çıxış edir. Onun komandası 19 turdan sonra 31 xalla 2-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə isə 32 xalla "Anderlext" başçılıq edir.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 24 şəxs qatıldı