TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/1693_r-qsan-mug-nnil-r-balalarina-baxmaq-ucun-oxumaga-m

MAQAZİN

Hamısı

Rəqsanə: “Müğənnilər balalarına baxmaq üçün oxumağa məcburdurlar, başa düşmək lazımdır”

(22 Gün, 17 Saat öncə) 55 İzlenme 0 Yorum
Rəqsanə: “Müğənnilər balalarına baxmaq üçün oxumağa məcburdurlar, başa düşmək lazımdır”

Moskvada yaşayan müğənni Rəqsanə İsmayılova ad çəkmədən şəhid ailələrinə dəstək olmayan həmkarlarını tənqid edib.

 

Turkazinfo xəbər verir ki, Rəqsanə İsmayılova İnstaqram hesabında bu sözləri yazıb:

 

"Allah bütün şəhidlərimizə rəhmət etsin, ailələrinə səbr versin. Bəzi müğənnilərdən çəkinirsiniz. Niyə onların etdiklərini yaxşı qələmə verirsiniz? Baş tacı etdiyiniz, status verdiyiniz müğənnilərin çıxardığı oyunlardan danışın. Onların İnstaqram səhifəsinə baxın, görün hansı şəhid anasına, balasına dəstək olub, onların adınə çəkir. Klip təqdim edib, özlərini göstərirlər. Sabah toy mərasimləri başlasın, yenə yüksək qonarar verib, toylarınıza dəvət edəcəksiniz. Şəhid yaramız heç vaxt sağalmaz.

 

Şəhidlər unudulmaz. Onlar qanları, canları bahasına tarix yazdılar. Düzdür, bizə bayram, konsert, klip yaraşmır. Sadəcə müğənniləri başa düşək. Sənətçilərin o qədər çətinliyi var ki, bəlkə də adi insanların o qədər problemi yoxdur. Televiziyada o qədər yalandan göstərirlər ki, bağ belə, bostan belə... Bu gün də onların imkansız olduğuna inanmırlar. Problemlərini həll etmək, balalarına baxmaq üçün oxumağa məcburdurlar. Ona görə də başa düşmək lazımdır. İnsanı təkləmək olmaz!".


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 24 şəxs qatıldı