TÜRK DÜNYASI BİRLƏŞİN !

Səhifə ünvanı : http://www.turkazinfo.com/haber-detay/1164_-baktelecom-ic-ris-h-r-qorugunu-optik-internetl-t-

İKT

Hamısı

“Baktelecom” “İçərişəhər” qoruğunu optik internetlə təmin edib

(1 Ay, 17 Gün öncə) 189 İzlenme 0 Yorum
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC ("Baktelecom") “İçərişəhər” Tarix-Memarlıq Qoruğunda optik şəbəkənin inşasını yekunlaşdırıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC ("Baktelecom") “İçərişəhər” Tarix-Memarlıq Qoruğunda optik şəbəkənin inşasını yekunlaşdırıb.


Bu barədə Turkazinfo Nazirliyə istinadən xəbər verir.


Məlumata görə, “Evədək optika” layihəsi çərçivəsində “Baktelecom”un “Azeurotel” telekommunikasiya operatoru tərəfindən qoruqda 15 km uzunluğunda fiber-optik xətlərin çəkilməsi təmin edilib.


“İçərişəhər” qoruğunda mövcud 1 500-ə yaxın mənzilin sakinləri üçün bir optik xətt üzərindən telefon və multimedia xidmətlərinin göstərilməsinə imkan yaradılıb. “Evədək optika” layihəsi tətbiq edilən digər ərazilərdə olduğu kimi, burada da xidməti dəstəkləyən internet avadanlıqlar istifadəçilərə ödənişsiz təqdim edilib.


Görülən işlər ən müasir internet bağlantısı olan GPON (Gigabit Passiv Optik Şəbəkə) texnologiyası əsasında aparılır. Bu texnologiya sabit sürətə zəmanət verir, eyni zamanda bir sıra xidmətləri bir xətdə birləşdirməyə imkan yaradır.


Hazırda paytaxt və ətraf ərazilərdə “Baktelecom” köhnə və yeni tikililərlə yanaşı, fərdi evlərdən ibarət yaşayış massivlərində optik şəbəkə qurur.


İlkin Həsənov


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 24 şəxs qatıldı